Coşqun Məmmədov — AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri. AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı olmuş, bioloji ehtiyatlar ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.

Coşqun Məmmədov
Məmmədov Coşqun İsrafil oğlu
Coşqun Məmmədov
Coşqun Məmmədov.
Doğum tarixi 23 may 1979 (1979-05-23) (45 yaş)
Doğum yeri Baş Şabalıd, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazası (bazanın müdiri)
Təhsili

 • Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), aqronomiya fakültəsi, bakalavriat (1996–2000)

 • AKTA Genetik Ehtiyatlar İnstitutu, kənd təsərrüfatı bitkilərinin genetikası ixtisası, magistratura (2005–2008)

 • AMEA Genetik Ehtiyatlar İnstitutu, bioloji ehtiyatlar ixtisası, doktorantura (2014–2023)
facebook səhifəsi

Haqqında məlumatlar

23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1996 – 2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında bakalavr pilləsi üzrə,

2005 – 2008-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

2014 – 2023-cü illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı olub.

Əmək fəaliyyəti

2004 – 2021-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib; o cümlədən,

2004 – 2017-ci illərdə böyük laborant,

2017 – 2021-ci illərdə isə Elmi Mərkəzin Bitki biomüxtəlifliyi və genofond şöbəsinin rəhbəri vəzifəsini tutub.

2021-ci ilin avqust ayından AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiridir.

Hərbi xidmətdə

2000 – 2002-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

Elmi işləri

15 dekabr 2023-cü il tarixində bioloji ehtiyatlar ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış 15 elmi əsərin və bir kitabın müəllifidir. Gürcüstan, Türkiyə, Bolqarıstan, Ukrayna və Özbəkistanda beynəlxalq elmi konfransların iştirakçısı olmuş və elmi məqalələri dinlənilmişdir.

Ailəsi

Ailəlidir, 1 qızı və 1 oğulu var.

Ədəbiyyat

  1. Genofond və Biomüxtəliflik şöbəsi : [arx. 27 Jul 2017 - 15 Jun 2021] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 23.05.2022.