Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Coşqun Məmmədov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Coşqun Məmmədov
Məmmədov Coşqun İsrafil oğlu
Coşqun Məmmədov
Coşqun Məmmədov.

Coşqun Məmmədov — AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri, biologiya üzrə fəlsəfə doktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1996 – 2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında bakalavr pilləsi üzrə,

2005 – 2008-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

2014 – 2023-cü illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2004 – 2021-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib; o cümlədən,

2004 – 2017-ci illərdə böyük laborant,

2017 – 2021-ci illərdə isə Elmi Mərkəzin Bitki biomüxtəlifliyi və genofond şöbəsinin rəhbəri vəzifəsini tutub.

2021-ci ilin avqust ayından AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiridir.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

2000 – 2002-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

Elmi işləri[Vizual/Mobil redaktə | HTML redaktə]

15 dekabr 2023-cü il tarixində bioloji ehtiyatlar ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

13 dekabr 2024-cü il tarixdə biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Çapdan çıxmış 21 elmi əsərin və bir kitabın müəllifidir. Gürcüstan, Türkiyə, Bolqarıstan, Ukrayna və Özbəkistanda beynəlxalq elmi konfransların iştirakçısı olmuş və elmi məqalələri dinlənilmişdir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, 1 qızı və 1 oğulu var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Genofond və Biomüxtəliflik şöbəsi : [arx. 27 Jul 2017 - 15 Jun 2021] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 23.05.2022.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...