Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elçin Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:57, 28 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elçin Məmmədov
Məmmədov Elçin Mehdi oğlu
Elçin Məmmədov
Elçin Məmmədov.
Doğum tarixi 29 may 1946(1946-05-29)
Doğum yeri Bakı], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 18 fevral 2001 (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Atası Mehdi Məmmədov
Anası Barat Şəkinskaya
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi rəssam, aktyor
Fəaliyyət illəri 1970 – 2001
Mükafatları Azərbaycan SSR dövlət mükafatı — 1984
IMDb ID 3608516

Elçin Məmmədov (29 may 1946 – 18 fevral 2001) — Azərbaycan rəssamı, aktyor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (22 may 1991).

Haqqında məlumatlar

Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskaya kimi sənətkarların ailəsində dünyaya göz açıb. Hələ anadan olmamışdan 3 gün qabaq Barat Şəkinskaya Mehdi Məmmədovun quruluşunda Vilyam Şekspirin "On İkinci Gecə" tamaşasının premyerasında iştirak edirdi. Kişi kostyumunda çıxış etdiyi üçün hamiləliyi o qədər də bilinmirdi. Premyeradan 3 gün sonra isə Elçin dünyaya göz açır. Valideynləri sənət adamı idi. Odur ki, səhər saat 10-da teatra gedər, günorta evə gəlib yemək yeyər, dincələr, axşamlar isə tamaşaları olduğu üçün yenidən teatra qayıdardılar. Ona görə də Elçini uşaqlıqdan özündən 14 yaş böyük bacısı Solmaz böyüdüb. 11-ci sinfi qurtardıqdan sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. İlk dəfə uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Sonralar isə daha çox atası ilə birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət Mükafatı laureatı adını alıb. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olub. Ömür vəfa etsəydi, "Hamlet" tamaşasında rəssam işlərini sona yetirəcəkdi. Ancaq qismət olmur. Son işi yarımçıq qalır. 2001-ci il fevralın 18-də Azərbaycan incəsənətinə böyük itki üz verir. Rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyişir.

Filmoqrafiya

  1. Yeddi oğul istərəm... (film, 1970).
  2. Xəzinə (film, 1970).
  3. Ağır şkaf (film, 1971).
  4. Toya dəvətnamə (film, 1973).
  5. Dədə Qorqud (film, 1975).
  6. Çətirimiz buludlardır (film, 1976).
  7. Dantenin yubileyi (film, 1978).
  8. Qəribə adam (film, 1979).
  9. Yarımçıq qalmış mahnı (film, 1979).
  10. Bağlı qapı (film, 1981).
  11. Bir dəfə (film, 1990).
  12. Ovsunçu (film, 2002).
  13. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007).
Şəkinskilərin nəsil şəcərəsi

Şəkinskilərin nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səlim xan
 
Tutu bəyim (İbrahim xanın qızı)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Asiya bəyim
 
Fəxrunnisə xanım
 
Hüseyn xan
 
Hacı xan
 
Süleyman xan Şəkinski
 
Hürcahan bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məşədi Məmməd/İsgəndər xan (?)
 
Əbdül xan
 
Qasım xan
 
Cəfər xan
 
Həsən ağa
 
Sara bəyim
 
Tuti bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gövhər
 
Süleyman xan
 
Əziz xan
 
Yusif xan
 
Sitarə bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həbib xan Şəkinski
 
Ağca bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Miribrahim Həmzəyev
 
Şəmsi Bədəlbəyli
 
Barat Şəkinskaya
 
Mehdi Məmmədov
 
Süleyman Hacıyev
 
Səriyyə Hacıyeva
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Solmaz Həmzəyeva
 
 
Rövşanə Bədəlbəyli
 
 
Elçin Məmmədov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Şəkillər

Xarici keçidlər