Elşən Abdurahmanov

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 00:12, 26 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Elşən Abdurahmanov — tanınmış arxeoloq, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi.

Elşən Abdurahmanov
Abdurahmanov Elşən Vaqif oğlu
Elşən Abdurahmanov
Elşən Abdurahmanov
Doğum tarixi 25 avqust 1980 (1980-08-25) (43 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Dövlət Universiteti, Şəki filialı, bakalavriat (1997–2001)

 • Sumqayıt Dövlət Universiteti, magistratura (2005–2007)

Haqqında məlumatlar

25 sentyabr 1980-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

1997-ci ildə Şəki şəhər 7 saylı tam orta məktəbini bitirib.

1997 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında bakalavr pilləsi üzrə,

2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetində magistr pilləsi üzrə təhsil alıb.

Hərbi xidmətdə

2001 – 2002-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Elmi fəaliyyəti

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantıdır. “Şəkinin III-VIII əsr abidələrinin tarixi-arxeoloji tədqiqi” mövzusunda fəlsəfə dokttoru dissertasiyası üzərində işləyir. Çap olunmuş 23 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

2002 – 2004-cü illərdə Şəki şəhər Qudula kənd tam orta məktəbində,

2003 – 2015-ci illərdə isə Şəki şəhər 17 saylı tam orta məktəbində tarix müəllimi işləyib.

2014-cü ilin oktyabr ayından etibarən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır.

2020-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayınadək AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi olub.

Ədəbiyyat

  1. Elmi katib Abdurahmanov Elşən Vaqif oğlu : [arx. 30 Jun 2017 - 30 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 25.10.2023.
  2. Abdurahmanov Elşən Vaqif oğlu : [arx. 11 Jun 2018 - 21 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 25.10.2023.