Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Eldar Əfəndiyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Eldar Əfəndiyev
Əfəndiyev Eldar Faiq oğlu
Eldar Əfəndiyev.

Eldar Əfəndiyev — Estoniya Respublikasının sabiq milli münasibətlər və məskunlaşma naziri, Narva şəhərinin (Estoniya) sabiq meri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

29 iyun 1954-cu il tarixdə Tallində – azərbaycanlı-eston ailəsində anadan olub. Əslən şəkilidir (atası Faiq Əfəndiyev Şəki şəhərindəndir).

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1972 – 1974-cü illərdə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində

1974 – 1976-cı illərdə isə A.İ.Herzen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971 – 1972-ci illərdə Narva şəhərindəki “Balties” zavodunda tokar işləyib.

1976-cı ildən Narva Dövlət Muzeyində işləyib; o cümlədən,

1979 – 1999 və 2001 – 2002-ci illərdə muzeyin direktoru olub.

1999 – 2000-ci illərdə Narva şəhərinin meri,

2002 – 2003-cü illərdə Estoniyanın milli münasibətlər və məskunlaşma naziri vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1997-ci ildə Estoniyada aparıcı partiyalardan biri olan Mərkəzçilərə üzv olub. Eyni zamanda, həmin illərdə İda-Virumaa vilayətinin yerli özünüidarəetmə birliyinin sədr müavini vəzifəsində işləyib.

Narva şəhər şurasının müşaviri (1996–1999), Estoniya parlamentinin X və XI çağırışlarının deputatı və Estoniya–Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər : Əfəndiyev Eldar Faiq oğlu : [arx. 07.12.2021] // “Azərbaycan alimləri diasporu” informasiya sistemi. — Müraciət tarixi: 07.12.2021.
  2. ... Estoniyada nazir təyin edilən azərbaycanlı: Eldar Əfəndiyev kimdir? : [arx. 07.12.2021] // Teleqraf.com. — 2021. — 7 dekabr. — Müraciət tarixi: 07.12.2021.

Bildiriş[HTML redaktə]

...