Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Elvin Nüsrətoğlu

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis Elvin Abdulxalıqov səhifəsinin adını Elvin Nüsrətoğlu olaraq dəyişdi.) tərəfindən edilmiş 18:37, 11 dekabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elvin Abdulxalıqov
Abdulxalıqov Elvin Nüsrət oğlu
Elvin Abdulxalıqov
Elvin Abdulxalıqov.
Doğum tarixi 16 iyul 1987 (1987-07-16) (36 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, aktyor-rejissor bölümü (2015–2020)

 • Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi idarəetmə fakültəsi, politologiya ixtisası (2022–)
Adının digər versiyaları Elvin Abdulxaliqov, Ельвин Абдулхалыгов, Елвин Адулхалыгов

Elvin Abdulxalıqov — Kanal “S” televiziyasının (Şəki) əməkdaşı, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin tələbəsi.

Haqqında məlumatlar

16 iyul 1987-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1993 – 2004-cü illərdə Şəki şəhər 19 sayılı tam orta məktəbində,

2015 – 2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin aktyor-rejissor bölümündə təhsil alıb.

2022-ci ildən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsində politologiya ixtisası üzrə təhsil alır.

Digər

2000 – 2004-cü illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlıq sənətini,

2012 – 2015-ci illərdə şəhərində jurnalistika kurslarında (Tbilisi, Gürcüstanın) jurnalist peşəsini öyrənib.

Əmək fəaliyyəti

2009-cu ildən Kanal “S” televiziyasında (Şəki) işləyir (aparıcı-müxbir, layihə rəhbəri, müəllif layihələri, təşkilatçı, prodüser). Müxtəlif illərdə ARB TV, Baku TV telekanalında da fəaliyyət göstərib.

2021-ci ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissorudur.