Fərəh Əliyeva — sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri.

Fərəh Əliyeva
Əliyeva Fərəh Şirməmməd qızı
Fərəh Əliyeva
Fərəh Əliyeva.
Doğum tarixi 7 sentyabr 1961 (1961-09-07) (62 yaş)
Doğum yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi sənətşünaslıq
İş yeri Azərbaycan Respublikası Prezident Administrasiyası, humanitar siyasət məsələləri şöbəsi (müdir)
Elmi dərəcəsi sənətşünaslıq üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə fakültəsi (–1984)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, aspirantura (–1990)
Atası Şirməmməd Hüseynov
Anası Ülkər Hüseynova
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2017"Humay" mükafatı
“Şöhrət” ordeni (Azərbaycan) — 2021
Adının digər versiyaları Fereh Eliyeva, Farah Aliyeva, Ferah Aliyeva, Фарах Алиева, Фәрәһ Әлијева

Haqqında məlumatlar

7 sentyabr 1961-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1979-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini (qızıl medalla),

1984-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsi (fərqlənmə diplomu ilə),

1990-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasını bitirib.

Əmək fəaliyyəti

1984-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi kafedrasında işləyib.

1994 – 2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyası/Bakı Musiqi Akademiyasında elmi katib,

2006 – 2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində əvvəl musiqi sektorunun, sonra isə incəsənət şöbəsinin müdiri,

2014 – 2018-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb.

11 may 2018-ci il tarixdən Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

Elmi fəaliyyəti

1994-cü ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsini,

2008-ci ildə sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini,

2005-ci ildə professor elmi adını alıb.

Azərbaycan musiqi tarixınə dair 3 monoqrafiyanın, 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalənin müəllifidir.

Digər

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olmuşdur.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əliyeva Fərəh // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 100-101. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "Rektor". http://admiu.edu.az (azərb.). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. 15 Dec 2013 – 10 Jun 2021 tarixində arxivləşdirilib.