Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Fərhad Əzizov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 20:26, 17 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Fərhad Əzizov
Əzizov Fərhad Şirin oğlu
Fərhad Əzizov
Fərhad Əzizov.
Doğum tarixi 8 dekabr 1946(1946-12-08)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of the Soviet Union.svg SSRİ
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işlər üzrə direktor müavini)
Elmi dərəcəsi biologiya elmləri namizədi
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1964–1969)

 • Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1976–1980)

Fərhad Əzizov — biologiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini.

Haqqında məlumatlar

8 dekabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1964 – 1969-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,

1976 – 1980-cı illərdə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1983-cü ildə Daşkənddə Özbəkistan SSR EA Bio-üzvi-Kimya İnstitutunun Elmi Şurasında dissertasiya işini müdafiə edib və biologiya elmləri namizədi elmi dərəcəsini alıb.

16-sı xaricdə olunmaqla, çapdan çıxmış 31 elmi əsərin və 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Əmək fəaliyyəti

1969 – 1970-ci illərdə Sumqayıt Kimya zavodunda aparatçı,

1970 – 1974-cü illərdə “Neft Kimya Avtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda mühəndis vəzifəsində işləyib.

1974-cü ildə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul edilib.

1989-2014-cü illər ərzində Azərbaycan SSR EA/AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində çalışıb.

2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

Pedaqoji fəaliyyəti=

2002 – 2006-cı illərdə Şəki Pedaqoji TexnikumundaŞəki Musiqi Texnikumunda ümumi biologiya fənnindən dərs deyib.

Digər

2001-ci ildə “Bioflor” Ekoloyi Tərbiyə İctimai Birliyini,

2002-ci ildə “Şəki Sənətkarlar Assosiasiyası”nın,

2003-cü ildə Şəki “Ailə Turizm Assosiasiyası”nı,

2004-cü ildə Şəki “Sahibkarlar Assosiasiyası”nı təsis edib.

Təltif və mükafatları

  • AMEA həmkarlar təşkilatının fəxri fərmanı (2016).

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əzizov Fərhad // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 131-133. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Şəki REM-in fəlsəfə doktorları : Əzizov Fərhad Şirin oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.09.2021.
  3. Direktor müavini Əzizov Fərhad Şirin oğlu : Fərhad Şirin oğlu Əzizov : [arx. 30 Jun 2017 - 6 Feb 2019] // Azərbaycan milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 17.09.2021.