Fərid İzzətli (1994–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-ci il Aprel döyüşlərinin də iştirakçısı idi.

Fərid İzzətli
İzzətli Fərid Aydın oğlu
Fərid İzzətli
Fərid İzzətli.
Doğum tarixi 21 mart 1994(1994-03-21)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 21 oktyabr 2020 (26 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəkinin Qışlaq hissəsindəki qəbiristanlıq, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşağı Səid
Atası Aydın Cabbarov
Anası Kəmalə
Həyat yoldaşı Nərmin
Təhsili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2011–2015)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2011 – 2020
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının leytenantı.png leytenant
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2021"Xocavəndin azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018

Haqqında məlumatlarRedaktə

21 mart 1994-cü il tarixdə Şəkidə anadan olub.

TəhsiliRedaktə

2000 – 2011-ci illərdə Şəki şəhər 17 saylı tam orta məktəbində,

2011 – 2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Hərbçi əmək fəaliyyətiRedaktə

2015-ci ildə Bakıda yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində zabit olaraq əmək fəaliyyətinə başlayıb.

2018-ci ildən əmək fəaliyyətini Qusarda yerləşən “N” saylı hərbi hissədə baş leytenant rütbəsində zabit olaraq davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissənin tərkibində Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhid olmasıRedaktə

21 oktyabr 2020-ci il tarixdə – 26 yaşında, Xocavənd istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

22 oktyabr 2020-ci il tarixdə Şəkinin Qışlaq hissəsindəki qəbiristanlıqda dəfn edilib.

Təltif və mükafatlarıRedaktə

AiləsiRedaktə

Ailədə iki qardaş olublar. Ailəli idi, şəhid olarkən 1 yaşında bir oğlu vardı.

İstinadlarRedaktə

ƏdəbiyyatRedaktə

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 18 Dec 2020 - 7 May 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (26 iyun 2021).
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 04.12.2021.
  5. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
  6. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : FƏRİD Aydın oğlu İzzətli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

VideoRedaktə