Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Fəxrəddin Qədirov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Fəxrəddin Qədirov
Qədirov Fəxrəddin Əbülfət oğlu
Fəxrəddin Qədirov
Fəxrəddin Qədirov, 2020-ci il.
Doğum tarixi 19 iyul 1950 (1950-07-19) (74 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İş yeri AMEA Neft və Qaz İnstitutu (direktor)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1967–1972)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2020
“Şöhrət” ordeni (Azərbaycan) — 2015

Fəxrəddin Qədirov — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA Neft və Qaz institutunun direktoru.

Haqqında məlumatlar

19 iyul 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967-ci ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini gümüş medalla bitirib.

1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1972 – 1974-cı illərdə Dəvəçi rayonunda fizika müəllimi,

1974 – 1988-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl kiçik elmi işçi (1981 – 1986), sonra böyük elmi işçi (1986 – 1988),

1988-ci ildən Azərbaycan SSR EA Geologiya İnstitutunun qravimetriya laboratoriyasının rəhbəri, geodinamika və seysmologiya şöbəsinin müdiri,

2013 – 2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibi vəzifəsində çalışıb.

2020-ci ildən AMEA Neft və Qaz İnstitutunun direktorudur.

Pedaqoji fəaliyyəti

Bakı Dövlət Universiteti geologiya fakültəsinin seysmologiya və yer təkinin fizikası kafedrasının professorudur.

Elmi fəaliyyəti

Hələ tələbəlik illərində elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir.

1984-cü ildə Gürcüstan SSR EA Geofizika İnstitutunda “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib.

2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” adlı mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2007-ci ildə geofizika ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv,

2014-cü ildə isə həqiqi üzv seçilib.

1 elmlər doktorunun, 12 fəlsəfə doktorunun elmi rəhbəridir.

Çap olunmuş 276 elmi əsərin (127-si xarici ölkələrdə, 68-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla) müəllifidir.

Elmi əsərlərinin adları
  1. Кадиров Ф.А. «Гравитационное поле и модели глубинного строения Азербайджана». Изд. Института геологии Nafta Press. 2000. Рецензенты: чл.корр. РАН Трубицын В.П., Проф. Никитин А.А.
  2. “Application of the Hartley transform for interpretation of gravity anomalies in the Shamakhy–Gobustan and Absheron oil-and gas-bearing regions, Azerbaijan”. Journal of Applied Geophysics. v.45, August 2000. ELSEVIER SCIENCE. Amsterdam. p.49-61
  3. FA Kadirov, A Sh Mukhtarov, Deep Structure, and Dynamics of the Lokbatan Mud Volcano Izvestiya, Izvestiya, Physics of the Solid Earth (Fizika zemli), Vol. 40, No. 4, 2004. p.327-333.
  4. Robert Reilinger, Simon McClusky, Philippe Vernant, Shawn Lawrence, Semih Ergintav, Rahsan Cakmak, Haluk Ozener, Fakhraddin Kadirov, Ibrahim Guliev, et al. “GPS constraints on continental deformation in the Africa‐Arabia‐Eurasia continental collision zone and implications for the dynamics of plate interactions”. J. Geophys. Res., 111, B05411, doi: 10.1029/2005JB004051.
  5. Fakhraddin Kadirov, Samir Mammadov, Robert Reilinger, Simon McClusky. Some new data on modern tectonic deformation and active faulting in Azerbaijan (according to Global Positioning System measurements). 2008. Proc. Sci. Earth Azerbaijan Natl. Acad. Sci 1, 82-88
  6. A Sh Mukhtarov, FA Kadirov, VA Mamedov. Reconstruction of the Surface Temperature in the Kura Depression (Azerbaijan) by the Inversion of Borehole Data. Izvestiya, Physics of the Solid Earth, 2010, Vol. 46, No. 6, pp. 524–528.
  7. Fakhraddin Kadirov, Michael Floyd, Akif Alizadeh, Ibrahim Guliev, Robert Reilinger, Sadi Kuleli, Robert King and M. Nafi Toksoz. “Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan” (2012), J. Natural Hazards , 2012, Volume 63, Issue 2 , pp 997-1006
  8. Telesca, L., Babayev, G., Kadirov, F. Temporal clustering of the seismicity of the Absheron-Prebalkhan region in the Caspian Sea area, Nat. Hazards Earth Syst. Sci., Vol. 12, 2012, pp. 3279-3285, doi:10.5194/nhess-12-3279-2012.
  9. F.A Kadirov, AG Gadirov, GR Babayev, ST Agayeva, SK Mammadov, NR Garagezova. Seismic zoning of the southern slope of Greater Caucasus from the fractal parameters of the earthquakes, stress state, and GPS velocities. 2013. Izvestiya, Physics of the Solid Earth 49 (4), 554-562.
  10. L. Telesca, M. Lovallo, G. Babayev, F. Kadirov. Spectral and informational analysis of seismicity: An application to the 1996–2012 seismicity of the Northern Caucasus–Azerbaijan part of the greater Caucasus–Kopet Dag region. 2013. Physica A: Statistical Mechanics and its Applications 392 (23), 6064-6078
  11. Kadirov, F.A., Gadirov, A.H., A gravity model of the deep structure of South Caspian Basin along submeridional profile Alborz–Absheron Sill. Global and Planetary Change, Volume 114, March 2014, Pages 66–74.
  12. Luciano Telesca, Michele Lovallo, Samir Mammadov, Fakhraddin Kadirov, Gulam Babayev. Power spectrum analysis and multifractal detrended fluctuation analysis of Earth’s gravity time series. Physica A: Statistical Mechanics and its Applications, A 428 (2015). P. 426–434. doi:10.1016/j.physa.2015.02.034
  13. Akif A. Alizadeh, Ibrahim S. Guliyev, Fakhraddin A. Kadirov, Lev V. Eppelbaum. Geosciences of Azerbaijan Volume I: Geology; 2016. Springer, 237 p.
  14. Akif A. Alizadeh, Ibrahim S. Guliyev, Fakhraddin A. Kadirov, Lev V. Eppelbaum. Geosciences of Azerbaijan Volume II: Economic Geology and Applied Geophysics; 2016. Springer, 340 p.
  15. Feyzullayev A.A., Kadirov F.A., and Kadyrov A.G. Tectono-Geophysical Model of the Southern Caspian in the Context of the Presence of Oil and Gas. Izvestiya, Physics of the Solid Earth, 2016, Vol. 52, No. 6, pp. 913–923. © Pleiades Publishing, Ltd., 2016. Original Russian Text © A.A. Feyzullayev, F.A. Kadirov, A.G. Kadyrov, 2016, published in Fizika Zemli, 2016, No. 6, pp. 139–148.
  16. Luciano Telesca, Fakhraddin Kadirov, Gurban Yetirmishli, Rafig Safarov, Gulam Babayev, Saida Ismaylova. Statistical analysis of the 2003–2016 seismicity of Azerbaijan and surrounding areas. Journal of Seismology. Journal of Seismology, November 2017, Volume 21, Issue 6, pp 1467–1485.
  17. Ali ELMAS, Hakan KARSLI, Fakhraddin A. KADIROV. "Lineaments in the Shamakhy-Gobustan and Absheron hydrocarbon containing areas using gravity data". Journal Acta Geophysica. December, 2017

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qədirov Fəxrəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 330-331. — 1.000 nüsx.
  2. Həqiqi üzvlər/Qədirov Fəxrəddin Əbülfət oğlu : [arx. 17.07.2020] // Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2021. — Müraciət tarixi: 18.07.2021.
  3. Akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibətilə təbrik edirik! : [arx. 17 Jan 2022 - 17 Jan 2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2020. — 17 iyul. — Müraciət tarixi: 19.07.2024.
  4. Qədirov Fəxrəddin Əbülfət oğlu : [arx. 27.01.2021] // Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutu. — Müraciət tarixi: 18.07.2021.