Fikrət Əzizov
Fikrət Əzizov (1930–1998) — sovet dövründə Bakının bir sıra iri sənaye müəssisələrində rəhbər vəzifələr tutmuş şəxs. “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru, Bakı Məişət Kondisionerləri Zavodunun direktor müavini və s. vəzifələrdə çalışmışdır.
Fikrət Əzizov | |
---|---|
Əzizov Fikrət Vahid oğlu | |
Fikrət Əzizov. | |
Doğum tarixi | 29 mart 1930 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 13 mart 1998 (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan |
Həyat yoldaşı | Elmira |
Atası | Vahid |
Anası | Heyran |
Təhsili | Azərbaycan Politexnik İnstitutu, dəmir yolu nəqliyyatı fakültəsi (1949–1954) |
Haqqında məlumatlar
29 mart 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1949 – 1954-cü illərdə Azərbaycan Politexnik İnstitutunun dəmir yolu nəqliyyatı fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1954 – 1956-cı illərdə Şimali Qafqaz Dəmir Yollarının Proxladnıy stansiyasında texniki kontorunun rəisi,
1956 – 1958-ci illərdə Azərbaycan Dəmir Yollarının Keşlə stansiyasında dispetçer,
1960-cı ilədək Sumqayıt Alüminium zavodunda nəqliyyat sexinin rəisi,
1960 – 1962-ci illərdə Azərbaycan SSR Maşınqayırma İdarəsində şöbə rəisi,
1962-ci ildən Bakı Məişət Kondisionerləri Zavodunun direktor müavini,
1975-ci ildən “Azərelektrikişıq” Bakı İstehsalat Birliyində baş direktor vəzifəsində çalışıb.
Vəfatı
13 mart 1998-cı il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə – Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əzizov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 134-135. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |