Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Fikrət Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
..
Fikrət Məmmədov
Məmmədov Fikrət Fərrux oğlu
Fikrət Məmmədov.png
Fikrət Məmmədov, 2010-cu il.

Fikrət Məmmədov — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi. I dərəcəli dövlət ədliyyə müşaviri və əməkdar hüquqşünasdır, daha əvvəl ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalası oğludur.

Haqqında məlumatlar

1 iyul 1955-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini,

1988-ci ildə Bakı Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyəti

1977 – 1994-cü illərdə əvvəl rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi, Azərbaycan KP MK inzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikasının Baş Prokurorluğunda hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb.

1994 – 2000-ci illərdə Azərbaycan Respublikasının baş prokurorunun müavini,

2000-ci ilin aprel ayından 2024-cü il fevral ayının 16-dək Azərbaycan Respublikasının ədliyyə naziri,

2005 – 2023-cü illərdə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri olub.

23 fevral 2024-cü il tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimidir.

Beynəlxalq təşkilatlarda üzvlüyü

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Təltif və mükafatları

Ailəsi

Atası: Fərrux Məmməd oğlu Məmmədov, 1915-ci ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuş, 1997-ci ildə Bakıda vəfat etmişdir.

Anası: Dilbər Əziz qızı Əliyeva, görkəmli sovet partiya və dövlət xadimi Əziz Əliyevin qızı.

Evlidir, 4 övladı var;

Oğlu: Fariz Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür. 1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2003 – 2005-ci illərdə isə mülki hüquq üzrə magistr təhsili alıb. 2005-ci ildə təhsilini Fransada davam etdirib – Paris-Srbonn Universitetində(en) hüquqşünaslıq ixtisası üzrə magistr təhsili alıb.

Ədəbiyyat

  1. .
  2. Məmmədov Ə., Xalıqov F. Məmmədov Fərrux Məmməd oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 271-274. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. .

.