Fikrət Rəhimli — iqtisad elmləri namizədi, dosent, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tədris-metodiki söbəsinin müdiri. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Bakı Ali Partiya məktəbində də pedaqoji fəaliyyətlə məşğul olmuş, dosent, fakültə dekanı, prorektor və s. vəzifələr tutmuşdur.

Fikrət Rəhimli
Rəhimli Fikrət Əhməd oğlu
Fikrət Rəhimli
Fikrət Rəhimli.
Doğum tarixi 6 yanvar 1954 (1954-01-06) (70 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, iqtisadiyyat fakültəsi (–1976)

 • SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat Universiteti əyani aspirantura (1978–1981)
Atası Əhməd Rəhimli
Anası Səyyarə Ələkbərova

Haqqında məlumatlarRedaktə

6 yanvar 1954-cü il tarixdə Bakıda anadan olub.

TəhsiliRedaktə

1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.

1978 – 1981-ci illərdə SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat Universitetində əyani aspiranturasında təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1982 – 1986-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Bakı şəhərinin sosial-iqtisadi inkişafı üzrə sahə elmi tədqiqat laboratoriyasında sənaye inkişaf şöbəsinin müdiri,

1986 – 1991-ci illərdə Bakı Ali Partiya Məktəbində dosent, fakültə dekanı,

1991 – 1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda sosial idarəetmə fakültəsinin dekanı, elmi işlər üzrə prorektor,

1999 – 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsinin dekanı, böyük elmi katib,

2008-ci ildən 2018-ci ilin sentyabr ayına kimi Azərbaycan Dövlət İqtisad Universitetin iqtisadiyyat (rus dilində) kafedrasında dosent vəzifəsində çalışıb.

2018-ci ilin sentyabr ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında tədris-metodiki söbənin müdiri vəzifəsində çalışır.

İkinci iş yeriRedaktə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər fənləri üzrə mühazirələr oxuyur.

StajirovkaRedaktə

1994-cü ildə Dünya Bankının İqtisadi İnkişaf İnstitutunda 4 aylıq,

2006 – 2008-ci illərdə isə Fransanın Ali idarəçilik Milli Administrasiya məktəbində (ENA) 2 illik staj keçib.

Elmi fəaliyyətiRedaktə

1981-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib və iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

40-dan artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.

AiləsiRedaktə

Evlidir, iki övladı və nəvələri var.

ƏdəbiyyatRedaktə

  1. i.e.n., dos. Rəhimli Fikrət Əhməd oğlu : [arx. 11 Feb 2017 - 28 Jan 2021] // Azərbaycan Dövlət İqtisad Universiteti. — Müraciət tarixi: 10.11.2021.