Gülnaz Salamova
Gülnaz Salamova — Şəki şəhər bələdiyyəsinin üzvü, sabiq sədr müavini və sabiq sədri.
Gülnaz Salamova | |
---|---|
Salamova Gülnaz Mustafa qızı | |
Gülnaz Salamova, 2012-ci il. | |
Anadan olub | 25 iyun 1954 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Xarici Dillər İnstitutu |
Mükafatları |
Haqqında məlumatlarRedaktə
25 iyun 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.
Əmək fəaliyyətiRedaktə
Şəki şəhər 9 saylı orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
1981 – 1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin məktəblər üzrə təşkilatçısı,
1982 – 2005-ci illərdə Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri,
2005 – 2010-cu illərdə Şəki şəhər bələdiyyəsinin sədri,
2010 – 2020-ci illərdə Şəki şəhər bələdiyyəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
DigərRedaktə
1980 – 1982 və 1990 – 1995-ci illərdə Şəki Şəhər Sovetinin deputatı olub.
1999, 2004, 2009, 2014 və 2019-cu illərdə Şəki şəhər bələdiyyəsinə üzv seçilib.
2001-ci ilin may ayından Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
“Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.
Təltif və mükafatlarıRedaktə
- “Tərəqqi” medalı (2022).
Həmçinin, bax:Redaktə
ƏdəbiyyatRedaktə
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |