Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Hüseyn Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:30, 10 may 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hüseyn Əfəndiyev
Əfəndiyev Hüseyn İsmayıl əfəndi oğlu
Hüseyn Əfəndiyev
Hüseyn Əfəndiyev.
Anadan olduğu yer ≈ 1842(1842-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat etdiyi yer + 1937
Həyat yoldaşı Fatma (Məsumə) xanım Əbdürrəhim əfəndi qızı
Uşaqları Məhəmmədəmin, Siddiqə, Şahid
Atası İsmayıl əfəndi Hacı Çələbi oğlu
Mükafatları Шейная золотая медаль «За усердие»

Hüseyn Əfəndiyev (≈1842–+1937) — tanınmış din xadimi və həm də pedaqoji fəaliyyət göstərmiş şəxs. Görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin (1863–1942) və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Abdulla bəy Əfəndizadənin (1873–1928) böyük qardaşıdır.

Haqqında məlumatlar

Təqribən 1842-ci ildə anadan olub.

Təhsili

İstanbulda təhsil alıb.

Əmək fəaliyyəti

27 (15) dekabr 1893-cü il tarixdə İrəvan, Naxçıvan, Novobayazid və Şərur-Dərələyəz qəzalarının qazısı təyin olunub.

8 sentyabr (27 avqust) 1897-ci il tarixdə Zaqafqaziya Sünni Ruhani İdarəsinin üzvü vəzifəsinə keçirilib.

2 fevral (20 yanvar) 1906-cı il tarixdə Qafqaz canişini ailə vəziyyəti ilə bağlı xahişini nəzərə alaraq 22 saylı əmrlə onu İdarə üzvlüyü vəzifəsindən azad edib.

8 noyabr (26 oktyabr) 1910-cu il tarixdə Yelizavetpol qubernatorunun əmri ilə Yelizavetpol quberniyasının Sünni Məclisinin sədri və Nuxa qəzasının qazısı təyin edilib.

1918-ci ildə Nuxa gimnaziyasında şəriət dərsi deyirdi, sovet dövründə isə Nuxada qız məktəbinin (ünas məktəbi) müdiri vəzifəsində çalışmışdır.

Digər

Hüseyn Əfəndiyevin “Nuxu və yainki Şəki şəhərinin tarixi” adlı əsəri dərc olunmuş “Tarix” qəzeti, 13 iyul 1991-ci il, № 21.

İkicildlik “Zübdətül-əhkamüş-şəriət” kitabının müəllifidir.

1937-ci ildə – 85 yaşında, “Nuxu və yainki Şəki şəhərinin tarixi” adlı bir kiçik tarix əsəri də yazıb.

Müasirləri onu iri cüssəli, sağlam adam kimi təsvir edirdilər.

Təltif və mükafatları

Vəfatı

1937-ci ildən sonra – 85 yaşından sonra vəfat edib (dəqiq vəfat tarixi məlum deyil).

Ailəsi

Atası: İsmayıl əfəndi Hacı Çələbi oğlu (1819–1892).

Həyat yoldaşı: Fatma (Məsumə) xanım Əbdürrəhim əfəndi qızı (1870–?).

Uşaqları: Məhəmmədəmin (1897–?), Siddiqə (1905–?), Şahid (1906–?).

Ədəbiyyat

  1. Əfəndiyev H.İ. Nuxu və yainki Şəki şəhərinin tarixi (azərb.) // Tarix : qəzet. — Bakı: Kommunist, 1991. — В. 13 iyul. — № 21.
  2. Mərdanov M., Tahirzadə Ə. ƏFƏNDİYEV Məhəmmədəmin Hüseyn əfəndi oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 215 – 217. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 Apr 2021 - 28 Aug 2021.