Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Həqiqət Cavadova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:00, 9 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Həqiqət Cavadova
Cavadova (Vahabova) Həqiqət Əliəşrəf qızı
Həqiqət Cavadova
Həqiqət Cavadova.
Doğum tarixi 9 oktyabr 1939 (1939-10-09) (85 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, laboratoriya müdiri və baş elmi işçi
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, kimya fakültəsi (1956–1962)

 • Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu, aspirantura (1963–1965)
Mükafatları "Əmək veteranı" medalı"Tərəqqi" medalı

Həqiqət Cavadova — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri və baş elmi işçisi.

Haqqında məlumatlar

9 oktyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956-cı ildə Bakı şəhər 190 №-li orta məktəbi bitirib.

1956 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1963 – 1965-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.

1965-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində işləyib.

1988-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutun motor yağlarına aşqarlar kompozisiyası laboratoriyasının müdiri olub.

Elmi fəaliyyəti

1978-ci ildə namizədlik,

1992-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.

2015-ci ildə isə professor elmi adını alıb.

183 elmi əsərin, o cümlədən 35 SSRİ müəlliflik şəhadətnaməsi və 29 Azərbaycan patentinin müəllifidir.

Azərbaycan Sovet Ensiklopediyasında kimya və neft-kimya sahəsinə dair yüzlərlə söz önlüklərinin müəllifidir.

Mükafat və təltifləri

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cavadova Həqiqət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 79-80. — 1.000 nüsx.
  2. Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Cavadova Həqiqət Əliəşrəf qızı : [arx. 16 Jan 2017 - 24 Oct 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.