Lalə Hüseynova
Lalə Hüseynova | |
---|---|
Hüseynova Lalə Şirməmməd qızı | |
Lalə Hüseynova. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1962 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Şirməmməd Hüseynov |
Anası | Ülkər Hüseynova |
|
|
Təhsili |
• Bülbül adına orta ixtisas musiqi məktəbini (1969–1980) • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə fakültəsi (1980–1985) |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə fəlsəfə doktoru |
Elmi adı | professor |
Mükafatları | |
Adının digər versiyaları | Lale Huseynova, Лале Гусейнова, Лалә Һүсејнова |
Lalə Hüseynova — tanınmış musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru və “Konservatoriya” elmi jurnalının baş redaktoru. Uzun müddət Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
20 oktyabr 1962-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla,
1985-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1985 – 2014-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqında çalışıb; o cümlədən, əvvəl bir müddət baş məsləhətçi,
2002 – 2012-ci illərdə məsul katib,
2012 – 2014-cü illərdə isə katib vəzifəsini tutub.
2015-ci ildən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru olmaqla yanaşı,
2015-ci ildən “Konservatoriya” elmi jurnalının baş redaktoru,
2016-cı ildən Azərbaycan Milli Konservatoriyasının professorudur.
İkinci iş yerləri[redaktə | HTML redaktə]
2005 – 2015-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında türk xalqlarının musiqisi, mənbəşünaslıq, ixtisas fənlərindən dərs deyib; o cümlədən,
2008-ci ildən kafedranın dosenti olub.
2006 – 2018-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin estetika kafedrasında dünya musiqi mədəniyyətinin tarixi fənni üzrə baş müəllim vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2005-ci ildə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.
3 kitabın, 2 dərslik və bir sıra dərs vəsaitlərinin müəllifidir. Dövri-mətbuatda, o cümlədən, bir sıra nüfuzlu jurnallarda və veb-saytlarda 100-dən çox elmi və elmi-publisistik məqaləsi dərc olunub.
İctimai aktivliyi[redaktə | HTML redaktə]
1987-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
1990 – 2019-illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.
2019-cu ildən YUNESKO-nun Ənənəvi Musiqi Üzrə Beynəlxalq Şurasının “Tükdilli xalqların musiqisi” qrupunun üzvüdür.
Digər[redaktə | HTML redaktə]
1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın musiqi verlişlərinin – “Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından”, “Opera musiqisinin şedevrləri”, “Bəstəkar və ifaçılarımızın portreti”, “Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu”, “Kino və musiqi”, “Musiqi xəzinəsi”, “Musiqili ekran” verlişlərinin müəllifi və aparıcısı olub. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.
Azərbaycanda və xaricdə keçirilən elmi konfranslarda və simpoziumlarda, festival və müsabiqələrdə, o cümlədən, Rusiya (Moskva–2005, 2019, Kazan–2014, Ufa–2018), Gürcüstan (2006, 2016), Özbəkistan (2007, 2013, 2015, 2018), Moldova (2009), Kanada (2011), Ukrayna (2012), Hindistan (2015), Qazaxıstan (2012, 2015, 2018, 2021), Fransa (2019), Türkmənistan (2019), Almaniya (2019), Bakıda keçirilən beynəlxalq elmi simpoziumlarda (2013, 2015, 2016, 2017, 2018, 2021), elmi məruzə və təqdimatlarla, habelə münsif qismində iştirak edib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı – Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə (2020).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Hüseynova Lalə // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 176-177. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Hüseynova Lalə : [arx. 23 Mar 2018 - 17 Jan 2021] // “Konservatoriya” jurnalı. — Müraciət tarixi: 23.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- L
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- 1962-ci ildə doğulanlar
- 20 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr