Loğman Əbdülkərimli

Loğman Əbdülkərimli — alim-pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent; 1969-cu ildən Azərbaycan Pedaqoji İnstitutunda işləmiş, o cümlədən, 1992 – 2000-ci illərdə bu institutun cəbr və həndəsə kafedrasının müdiri olmuşdur.

Loğman Əbdülkərimov
Əbdülkərimli Loğman Şəfaət oğlu
Loğman Əbdülkərimov
Loğman Əbdülkərimli, 2019-cu il.
Doğum tarixi 22 mart 1939 (1939-03-22) (85 yaş)
Doğum yeri Baş Küngüt, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
İş yeri Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1957–1962)

Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutu, aspirantura (1962 – 1965)
Elmi rəhbəri akad. Z.İ.Xəlilov və prof. C.Y.Yaqubov

Haqqında məlumatlarRedaktə

22 mart 1939-cu il tarixdə Nuxa rayonunun Baş Küngüt kəndində anadan olub.

TəhsiliRedaktə

1946 – 1956-cı illərdə Nuxa şəhərindəki əvvəl 12 saylı, sonra isə 10 saylı məktəbdə oxuyub.

1957 – 1962-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində,

1962 – 1965-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1961-ci ildə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunda laborant,

1965 – 1968-ci illərdə isə elmi işçi olub.

1969 – 1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında,

1974 – 1978-ci illərdə həmin institutun cəbr və ədədlər nəzəriyyəsi kafedrasında baş müəllim vəzifəsində işləmiş,

1978-ci ildən dosent vəzifəsinə keçirilmiş,

1992 – 2000-ci illərdə isə həm də kafedranın müdiri olmuşdur.

Elmi fəaliyyətiRedaktə

1967-ci ildə akademik Z.İ.Xəlilov və professor C.Y.Yaqublunun rəhbərliyi ilə “Difer Banax fəzasında diferensial-operatorla tənliklər üçün bəzi məsələlərin həlli” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.

1978-ci ildə dosent elmi adını alıb.

70-dən çox elmi-metodik əsərin (14-ü xaricdə çap olunub) müəllifidir.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əbdülkərimli Loğman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 73-74. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "Əbdülkərimli Loğman Şəfaət oğlu". https://www.adpu.edu.az/ (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi internet saytı. 23 Sep 2020 tarixində arxivləşdirilib.