Məjlum Şükürov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:26, 31 avqust 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məjlum Şükürov
Şükürov Məjlum Şükür oğlu
Məjlum Şükürov
Məjlum Şükürov, 2007-ci il
Doğum tarixi 1 sentyabr 1954 (1954-09-01) (67 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonunun, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1971–1976)

Leninqrad Aqrofizika İnstitutu, aspirantura (1980–?)

Leninqrad Aqrofizika İnstitutu, doktorantura (1989–?)

Məjlum Şükürov — texnika elmləri namizədi, Şəki bələdiyyəsinin sabiq üzvü (2005–2010), Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı (2006–2011).

Haqqında məlumatlar

1 sentyabr 1954-cü ildə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili

1961 – 1971-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun aspiranturasına,

1989-ci ildə isə Leninqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunub.

Əmək fəaliyyəti

1976 – 1980-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibertexnika İnstitutunda işləyib.

1984 – 1986-cı illərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,

1986 – 1989-cu illərdə isə baş elmi işçi vəzifəsində çalışıb.

1996-cı ildə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilib.

İctimai aktivliyi

2005 – 2010-ci illərdə Şəki Bələdiyyəsinin üzvü,

2006 – 2011-ci illərdə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Elmi fəaliyyəti

1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Məjlum // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 376 – 379. — 600 nüsx. — ISBN 5-8066-1708-4.