Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmmədəmin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:50, 1 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədəmin Şəkinski
Şəkinski Məmmədəmin Əhməd oğlu
Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski
Doğum tarixi 15 mart 1900(1900-03-15)
Doğum yeri Aşqabad, Zakaspiysk vilayəti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 28 sentyabr 1979 (79 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Əkrəm Şəkinski
Anası Səltənət Hüseyn qızı
Milliyyəti Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev
Mükafatları Lenin ordeni

Məmmədəmin Şəkinski – Azərbaycan sovet dövlət xadimi; 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmış, lakin 1937-ci ildə siyasi repressiyaya məruz qalaraq həbs olunmuşdur (1955-ci ildə bəraət alıb). Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab olunur.

Haqqında məlumatlar

15 mart 1900-ci ildə Aşqabad şəhərində anadan olub.

Təhsili

1920-ci ildə Bakıda 2-ci dərəcəli gimnaziyanı bitirib.

Əmək fəaliyyəti

1920 – 1923-cü illərdə Azərbaycan Qırmızı Ordusunda rəhbər partiya-siyasi sahədə salışmış, əvəvl alay hərbi komissarı, sonra Azərbaycan diviziyasının hərbi komissarının müavini olmuşdur. O cümlədən, 1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak edib.

1924-cü ilin əvvəlindən S.M.Kirovun zəmanəti ilə Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik edib.

1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində çalışıb.

Daha sonra Bakı Sovetində sədr müavini olub.

1933-cü ildə Yevlax pambıq zavodunun direktoru vəzifəsinə təyin olunub.

1934 – 1935-ci illərdə əvvəlcə Yevlax qəsəbə sovetinin, sonra isə Yevlax rayon icraiyyə komitəsinin sədri olub.

1936 –1937-ci illərdə əvvəlcə Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini, sonra isə Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifəsində çalışıb.

1947-ci ildə cəza müddətindən (1939 – 1947) sonra Kolımadan Krasnodar vilayətinə göndərilmiş, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləyib[1].


İctimai-siyasi fəaliyyəti

1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına daxil olmuşam. Partiyanın Qafqaz Komitəsi və "Hümmət" təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilmiş, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak etmişəm. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində mənim təklifimlə V.İ.Leninə təbrik teleqramı qəbul edilmişdir.

1918-ci ildə "Hümmət"in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi kimi türk fəhlələri arasındatəşkilati təbliğat işi aparmışam. 1919-1920-ci illərdə müsavat ordusunun əsgəri ikən Həbib Cəbiyev və İbrahim Ağabəyov ilə birlikdə fəaliyyətimi davam etdirmişəm.

1937-ci ildə Azərbaycan K(b)P sıralarında xaric olunub.

15 noyabr 1955-ci il tarixdə Azərbaycan KP MK Bürosunun qərarı ilə partiya üzvlüyünə bərpa edilib.

=Mükafatları

  • Qızıl Xəncər – Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə (1921)
  • “Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə” medalı (1930).
  • SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin fəxri fərmanı və radioqəbuledici mükafatı – Yevlax şəhərində sosializm quruculuğuna görə (1935).

=Məhkunluğu

1937-ci ilin noyabrında həbs edilmiş, 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Kolıma həbs düşərgəsinə göndərilmişdir.

1955-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığına və qanunsuz həbs edildiynə görə ona bəraət verib, 1".


Ailəsi

1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə köçüb.

1917-ci ildən Tiflisdə bolşevik hərəkatına qoşulmuş, Qars vilayətində, Nuxa və Ağdam qəzalarında bolşevik təbliğatı aparmışdır.

1918-ci ildə Hümmət partiyasının Aşqabad komitəsinin məsul katibi olub, Aşqabad Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib.

1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.

1920 – 1923-cü illərdə qızıl ordunun 5-ci polkunun hərbi komissarı, Zaqatala qəza hərbi komissarı, Azərbaycan atıcı briqada və diviziyası siyasi şöbəsinin rəisi vəzifələrində işləyib.

1923 – 1937-ci illərdə Bakı milis rəisi, Bakı Baş Milis İdarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, həmçinin, Azərbaycan SSR və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitələrinin üzvü olub.

1937 – 1955-ci illərdə siyasi repressiyaya səbəbindən həbsdə yatıb; 1955-ci ildə bəraət alıb.

1955-ci ildən İttifaq əhəmiyyətli təqaüd alırdı.

1957-ci ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv idarəsinin rəisi vəzifəsində işləyib.

Lenin ordeni və medallarla təltif edilmişdir.

1979-cu ildə Bakıda vəfat edib.

Ədəbiyyat

  • Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
  • Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 504. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Şəkinski Məmmədəmin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 522 – 523. — 1.000 nüsx.
  • "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  • "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  • Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski // Ekspress. : qəzet. — Bakı, 2012. — В. 2 – 4 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.

Şablon:Yaxşı məqalə