Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Məmmədiyyə Cabbarov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 3: Sətir 3:
 
  |Adı              = Məmmədiyyə Cabbarov
 
  |Adı              = Məmmədiyyə Cabbarov
 
  |Tam adı          = Cabbarov Məmmədiyyə Süleyman oğlu
 
  |Tam adı          = Cabbarov Məmmədiyyə Süleyman oğlu
  |Piktoqram        = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz-->
+
  |Piktoqram        = yazar
 
  |Şəkil            = Məmmədiyyə Cabbarov.JPG
 
  |Şəkil            = Məmmədiyyə Cabbarov.JPG
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin ölçüsü    =  

16:23, 13 mart 2021 versiyası

Məmmədiyyə Cabbarov
Cabbarov Məmmədiyyə Süleyman oğlu
Məmmədiyyə Cabbarov
Məmmədiyyə Cabbarov.
Digər adı Məmmədiyyə Süleymanlı
Doğum tarixi 1910(1910-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 30 mart 1997 (87 yaşında)
Uşağı Qurtuluş Süleymanlı
Təhsili

Bakı Pedaqoji Texnikumu ( – 1931)

Azərbaycan Müəllimlər İnstitutunu ( – 1931, qiyabi)

Məmmədiyyə Cabbarov (1910 – 1997) — yazıçı, publisist və jurnalist. Nuxa radio verilişləri redaksiyasının baş redaktoru, “Nuxa fəhləsi” qəzetində məsul katib, redaktor müavini, “İpəkçi” qızetinin redaktoru və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

1910-cu ildə Nuxada, tacir ailəsində anadan olub.

Təhsili

1931-ci ildə Bakı Pedaqoji Texnikumunu,

1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.

Əmək fəaliyyəti

1931-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Sonralar bir sıra vəzifələrdə işləmiş, o cümlədən,

1945 – 1952-ci illərdə Nuxa – Zaqatala zonası üzrə respublika rediosunun xüsusi müxbiri və Nuxa radio verilişləri redaksiyasının baş redaktoru,

Bir müddət “Nuxa fəhləsi” qəzetində məsul katib, redaktor müavini,

1958 – 1963-ci illərdə “İpəkçi” qızetinin redaktoru,

1966-cı ildən Bakıda – Azərbaycan SSR “Bilik” Cəmiyyətində, nəşriyyat direktoru olub.

Həyatının son illərində Azərbaycan SSR “Bilik” Cəmiyyətinin Şəki şöbəsinin rəhbəri vəzifəsində işləyib.

Digər

Böyük Vətən müharibəsində (1941 – 1945) iştirakç etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.

Ədəbi-publisistik fəaliyyəti

1924-cü ildən – 14 yaşından, ədəbi fəaliyyətə başlayıb. Yazıları “Kirpi”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Kommunist” və s. qəzetlərdə çap olunub.

1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,

1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

Ədəbiyyat

  1. Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 225 – 228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.