Məmmədiyyə Cabbarov

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış jurnali...' ilə yarat) tərəfindən edilmiş 16:22, 13 mart 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Məmmədiyyə Cabbarov (1910 – 1997) — yazıçı, publisist və jurnalist. Nuxa radio verilişləri redaksiyasının baş redaktoru, “Nuxa fəhləsi” qəzetində məsul katib, redaktor müavini, “İpəkçi” qızetinin redaktoru və s. vəzifələrdə çalışıb.

Məmmədiyyə Cabbarov
Cabbarov Məmmədiyyə Süleyman oğlu
Məmmədiyyə Cabbarov
Məmmədiyyə Cabbarov
Digər adı Məmmədiyyə Süleymanlı
Doğum tarixi 1910(1910-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 30 mart 1997 (87 yaşında)
Uşağı Qurtuluş Süleymanlı
Təhsili

Bakı Pedaqoji Texnikumu ( – 1931)

Azərbaycan Müəllimlər İnstitutunu ( – 1931, qiyabi)

Haqqında məlumatlar

1910-cu ildə Nuxada, tacir ailəsində anadan olub.

Təhsili

1931-ci ildə Bakı Pedaqoji Texnikumunu,

1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.

Əmək fəaliyyəti

1931-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Sonralar bir sıra vəzifələrdə işləmiş, o cümlədən,

1945 – 1952-ci illərdə Nuxa – Zaqatala zonası üzrə respublika rediosunun xüsusi müxbiri və Nuxa radio verilişləri redaksiyasının baş redaktoru,

Bir müddət “Nuxa fəhləsi” qəzetində məsul katib, redaktor müavini,

1958 – 1963-ci illərdə “İpəkçi” qızetinin redaktoru,

1966-cı ildən Bakıda – Azərbaycan SSR “Bilik” Cəmiyyətində, nəşriyyat direktoru olub.

Həyatının son illərində Azərbaycan SSR “Bilik” Cəmiyyətinin Şəki şöbəsinin rəhbəri vəzifəsində işləyib.

Digər

Böyük Vətən müharibəsində (1941 – 1945) iştirakç etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.

Ədəbi-publisistik fəaliyyəti

1924-cü ildən – 14 yaşından, ədəbi fəaliyyətə başlayıb. Yazıları “Kirpi”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Kommunist” və s. qəzetlərdə çap olunub.

1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,

1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

Ədəbiyyat

  1. Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 225 – 228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.