Məmmədsadıq Naibov

Məmmədsadıq Naibov (1923–1974) — tanınmış pedaqoq-riyaziyyatçı. Müxtəlif vaxtlarda Şəkidəki üç orta məktəbin, həmçinin Şəki Pedaqoji Məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Məmmədsadıq Naibov
Naibov Məmmədsadıq Yaqub oğlu
Məmmədsadıq Naibov
Məmmədsadıq Naibov.
Doğum tarixi 8 sentyabr 1923(1923-09-08)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 15 mart 1974 (50 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Dağ dibi qəbiristanlığı
Həyat yoldaşı Asiya
Uşaqları Azad, Faiq, Naib, Gültər
Partnyoru Şövkət
Atası Naibov Yaqub Məhəmməd oğlu
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi (1940–1941)

 • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, riyaziyyat fakültəsi (1947–1949)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1949–1951)
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı — 1945
Adının digər versiyaları Memmedsadiq Naibov, Mamedsadiq Naibov, Mammadsadiq Naibov, Мамедсадыг Наибов, Мәммәдсадыг Наибов

Haqqında məlumatlarRedaktə

8 sentyabr 1923-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1940-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1940-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin 1942-ci ildə hərbi xidmətə çağırılıb və təhslili yarımçıq qalıb.

1947 – 1951-ci illərdə əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin riyaziyyat fakültəsində təhsilini davam etdirib.

Hərbi xidmətdəRedaktə

9 yanvar 1942-ci il tarixdən hərbi xidmətə başlayıb.

14 aprel 1943-cü il tarixdən 3450 №-li evakuasiya xəstəxanası 208 №-li atıcı ehtiyat cəbhə alayının artilleriya komandanlığı idarəsinin qərargahında xidmət edib.

Əmək fəaliyyətiRedaktə

1951 – 1972-ci illərdə əvvəl Nuxa Dövlət Müəllimlər İnstitutunda baş müəllim, sonralar Nuxa şəhər 8 №-li rus orta məktəbinin, Nuxa şəhər 5 №-li və 11 №-li orta məktəblərinin direktoru, Nuxa/Şəki şəhər Maarif şöbəsinin müdiri,

1972 – 1974-cü illərdə isə Şəki Pedaqoji Məktəbinin direktoru olub.

Təltif və mükafatlarıRedaktə

İctimai-siyasi fəaliyyətiRedaktə

1963-cü ildə doqquzuncu çağırış Nuxa şəhər sovetinin deputatı seçilib.

VəfatıRedaktə

15 mart 1974-cü il tarixdə – 50 yaşında, Şəkidə vəfat edib. Dağ dibi qəbiristanlığında dəfn olunub.

ƏdəbiyyatRedaktə

  1. Наибов Мамед-Саде Якубович : [arx. 15.07.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 15.07.2023.
  2. Наибав Мамед Садов. : [arx. 15.07.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 15.07.2023.
  3. Şükürov R., Orsər R. Naibov Məmmədsadıq Yaqub oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 127-128. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  4. Naibovlar // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 350. — 500 nüsx. — ISBN 5-8066-1708-4.

Həmçinin, bax:Redaktə