Məsməxanım Qazıyeva

Məsməxanım Qazıyeva — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin linqvokulturologiya kafedrasının müdiri.

Məsməxanım Qazıyeva
Qazıyeva Məsməxanım Yusif qızı
Məsməxanım Qazıyeva
Məsməxanım Qazıyeva.
Doğum tarixi 21 mart 1945 (1945-03-21) (79 yaş)
İş yeri Azərbaycan Dillər Universitetinin linqvokulturologiya kafedrası (kafedranın müdiri)
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Haqqında məlumatlar

21 mart 1945-ci il tarixdə anadan olub.

Təhsili

1962-ci ildə Bakı şəhər 74 №-li orta məktəbini bitirib.

1962 – 1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və azərbaycan dilləri fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyası Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda “Real nitq ünsiyyəti xarici dillərin tədrisi keyfiyyətinin yaxşılaşdırılmasında bir vasitə kimi” mövzusunda namizədlik dissertasiyasını,

2004-cü ildə AMEA-nın Nizami adına Dilçilik İnstitutunda “Səhnə nitqinin linqvistik problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

70-dən çox çap olunmuş elmi əsərin müəllifidir. 26 fəlsəfə və elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda saxlanılıb.

Hal-hazırda Azərbaycan Dillər Universitetinin linqvokulturologiya kafedrasının müdiridir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qazıyeva Məsməxanım // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 315-316. — 1.000 nüsx.
  2. Xanoğlan V. Parlaq nəslin layiqli davamçısı –professor Məsməxanım Qazıyeva : [arx. 30.09.2021] // 525.az. — 2019. — 19 noyabr. — Müraciət tarixi: 30.09.2021.
  3. Cəfərova K. Elmi axtarışlar işıq və ümid dolu alim : [arx. 30.09.2021] // Ədalət qəzeti. — . — Müraciət tarixi: 30.09.2021.