Mahir Əyyubov — tanınmış pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi, Şəki şəhər 20 saylı tam orta məktəbinin fizika və informatika müəllimi.

Mahir Əyyubov
Əyyubov Mahir Ələkbər oğlu
Mahir Əyyubov
Mahir Əyyubov.
Doğum tarixi 12 avqust 1951 (1951-08-12) (70 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, fizika fakültəsi (1968–1973)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2000

Haqqında məlumatlarRedaktə

12 avqust 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1957 – 1958-ci illərdə Nuxa şəhər 1 №-li orta məktəbində,

1959 – 1968-ci illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,

1968 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1973-cü ildə təyinatla Şəki şəhər 11 saylı tam orta məktəbində fizika müəllimi işləməyə göndərilib.

1974-cü ildən Şəki şəhər 20 saylı orta məktəbdə fizika və informatika müəllimi vəzifəsində işləyir; o cümlədən, təşkilatçı, dərs hissə müdiri vəzifələrində də çalışıb.

Təltif və mükafatlarıRedaktə

  • “Metodist müəllim” adı – tədris prosesində yeni təlim-tədris metodlarının tərtib və tətbiq edilməsindəki nailiyyətlərinə görə (1987);
  • “Xalq təhsili əlaçısı” döş nişanı (1993);

DigərRedaktə

Tədris ilinin yekunlarına görə dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Şəki Təhsil Şöbəsinin fəxri fərmanları, diplomları və digər mükafatları ilə təltif edilib, o cümlədən,

1994-cü ildə Azərbaycan Respublikasının Təhsil nazirliyinin keçirdiyi kompüter proqramlarına baxış müsahibəsinin qalibi olub.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əyyubov Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 127-128. — 600 nüsx. — ISBN 5-8066-1708-4.