Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mahir Xəlifəzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:57, 5 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mahir Xəlifəzadə
Xəlifəzadə Mahir Çingiz oğlu
Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə, 5 iyun, 2021-ci il.
Doğum tarixi 25 dekabr 1961 (1961-12-25) (62 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Çingiz Xəlifəzadə

Mahir Xəlifəzadə

Haqqında məlumatlar

25 dekabr 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbini,

1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.

1994-cü ilin sentyabr ayında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

1997-cü ilin sentyabr ayında Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

2000-ci ilin oktyabr ayında İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

Elmi fəaliyyəti

1992-ci ildə “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdəşı olub.

1993-cü ildən AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.

1995 – 1997-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib,

1997-ci ilin avqust ayından yenidən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.

2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunub.

2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinə I katib vəzifəsinə (müdir müavini) təyin olunub.

2004 – 2006-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İslandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə I katib vəzifəsində çalışıb.

2006-cı ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin müdiri olub.

Ədəbyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 186 – 188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.