Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mahir Xəlifəzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 22:39, 5 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mahir Xəlifəzadə
Xəlifəzadə Mahir Çingiz oğlu
Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə, 5 iyun, 2021-ci il.
Doğum tarixi 25 dekabr 1961 (1961-12-25) (62 yaş)
Doğum yeri Tbilisi, Flag of the Georgian Soviet Socialist Republic (1951–1990).svg Gürcüstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (–1984)
Atası Çingiz Xəlifəzadə
Anası Solmaz Xəlifəzadə

Mahir Xəlifəzadə — peşəkar diplomat, elmi işçi, fizika-riyaziyyat elmləri namizədi; uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.

Təhsili

1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbini,

1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.

1994-cü ilin sentyabr ayında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

1997-cü ilin sentyabr ayında Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

2000-ci ilin oktyabr ayında İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

Elmi fəaliyyəti

1992-ci ildə “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdaşı olub.

1993-cü ildən AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.

1995 – 1997-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində çalışıb.

1997-ci ilin avqust ayından yenidən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.

2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunub.

2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsində I katib vəzifəsinə (müdir müavini) təyin olunub.

2004 – 2006-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İslandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə I katib vəzifəsində çalışıb.

2006 – 2009-cu illərdə ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri olub.

2008-ci ildən AMEA-nın İnsan Hüquqları İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb

Ədəbyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 186 – 188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.