Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mehman Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:46, 25 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mehman Əliyev Əlihüseyn oğlu
Mehman Əliyev Əlihüseyn oğlu
Doğum tarixi 19 oktyabr 1972 (1972-10-19) (51 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Şəki
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Şəki Texnologiya Texnikumu

Mehman Əliyev (Mehman Əliyev Əlihüseyn oğlu; d. 1972, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

1972-ci ildə Şəki şəhərində anadan olub. Şəki Texnologiya Texnikumununda parça-trikotaj üzrə texnoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətində başlamışdır. Sonra Şəkidəki “Kanal S” televiziya kanalında mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyib. Hal-hazırda Şəki Bələdiyyəsi Vergilərin yığımı şöbəsində vergi yığım müfəttişi vəzifəsində işləyir.

1999-cu ildən əlbəyaxa döyüş sənəti ilə məşğuldur və hazırda Azərbaycan Alpaqut-Turan döyüş Federasiyası Şəki filialının sədridir. II ran San Qara kəmər sahibidir.

Ailəlidir, iki övladı var.

Həmçinin, bax:

Mənbələr

Şablon:Yaxşı məqalə