Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Mehman Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mehman Əliyev
Əliyev Mehman Əlihüseyn oğlu
Mehman Əliyev
Mehman Əliyev
Doğum tarixi 19 oktyabr 1972 (1972-10-19) (48 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Şəki Texnologiya Texnikumu
Facebook səhifəsi

Mehman Əliyev (Əliyev Mehman Əlihüseyn oğlu; d. 1972, Şəki, Azərbaycan SSR, SSRİ) – Azərbaycan Alpaqut-Turan döyüş Federasiyası Şəki filialının sədri, II ran San Qara kəmər sahibi, Şəki bələdiyyəsi Vergilərin yığımı şöbəsində vergi yığım müfəttişi. Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.

Haqqında digər məlumatlar[redaktə | əsas redaktə]

1972-ci ildə Şəki şəhərində anadan olub. Şəki Texnologiya Texnikumununda parça-trikotaj üzrə texnoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətində başlayıb. Sonra Şəkidəki “Kanal S” televiziya kanalında mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyib. 2020-ci il üçün Şəki bələdiyyəsi Vergilərin yığımı şöbəsində vergi yığım müfəttişi vəzifəsində işləyir.

1999-cu ildən əlbəyaxa döyüş sənəti ilə məşğuldur.

Ailəlidir, iki övladı var.

Həmçinin, bax:[redaktə | əsas redaktə]

Mənbələr[redaktə | əsas redaktə]