Minayə Həmidova

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:29, 23 mart 2023 tarixli dəyişiklik

Minayə Həmidova (1918–1997) — tanınmış yerli sovet işçisi. 14 çağırış (1940–1973) müddətində Nuxa şəhər, yaxud Nuxa rayon sovetinin deputatı və icraiyyə komitəsinin katibi seçilmişdir.

Minayə Həmidova
Həmidova Minayə Məcid qızı
Minayə Həmidova
Minayə Həmidova.
Doğum tarixi 1918(1918-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi fevral 1997(1997-02-00) (80 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Nuxa pedaqoji məktəbi (1936)

Haqqında məlumatlar

1918-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1936-cı ildə Nuxa pedoqoji məktəbini bitirib.

Əmək fəaliyyəti

1936-cı ildə Nuxa rayon maarif şöbəsində katibə olaraq əmək fəaliyyətinə başlayıb.

5 yanvar 1940-cı il tarixdə birinci çağırış Nuxa şəhər zəhmətkeş deputatları sovetinin birinci sessiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin katibi seçilib və 1973-ci ildəki seçki də daxil olmaqla dalbadal 14 çağırış (bəzən rayon soveti, bəzən isə şəhər sovetinin) müddətində bu vəzifəni tutub.

Təltif və mükafatları

Vəfatı

1997-ci ilin fevral ayında – 80 yaşında, Şəkidə vəfat edib. Şəkidə Köhnə bazarın yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.

Ailəsi

Ailədə üç qardaş və iki bacı olublar. Ərə getməyib.

Ədəbiyyat

  1. Səfərova R. Mənalı ömrün səhifələri // Şəki fəhləsi : qəzet. — Şəki, 1973. — В. 28 iyul. — № 88 (7.976).

Həmçinin, bax: