Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Mirzə Mustafa Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 60: Sətir 60:
 
  | hissə          =  
 
  | hissə          =  
 
  | hissənin linki  = http://web2.anl.az:81/read/page.php?bibid=23422&pno=11
 
  | hissənin linki  = http://web2.anl.az:81/read/page.php?bibid=23422&pno=11
  | başlıq          = Azərbaycan mətbuatı çar senzurası (1850–1905)
+
  | başlıq          = Azərbaycan mətbuatı çar senzurası (1850–1905)
 
  | orijinal        =  
 
  | orijinal        =  
 
  | link            =  
 
  | link            =  

23:00, 20 iyun 2022 versiyası

Mirzə Mustafa Axundov
Axundov Mirzə Mustafa Axund Ələsgər oğlu
Mirzə Mustafa Axundov
Axundovların vaxtilə yaşadıqları ev (Şəki).
Doğum tarixi 1834(1834-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Şəki əyaləti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi (23 iyun) 6 iyul 1903 (69 yaşında)
Atası Hacı Molla Ələsgər
Təhsili Tiflis gimnaziyası

Mirzə Mustafa Axundov (1834–1903) — Qafqaz canişini baş idarə dəftərxanasının tərcüməçisi, Mirzə Fətəli Axundovun qaynı və qardaşlığı[qeyd 1].

Haqqında məlumatlar

1834-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Əvvəlcə yerli qəza məktəbində, sonra isə Tiflis gimnaziyasında təhsil alıb. Bununla yanaşı, yaxın qohumu Mirzə Fətəli Axundov onun kiçik yaşlarından türk, ərəb, azərbaycan və fars dillərini öyrənməsi üçün ona bilikli və təcrübəli müəllimlər də tutmuşdur. Daha sonralar isə erməni və gürcü dillərini də öyrənib.

Əmək fəaliyyəti

1854-cü ilin son ayında Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim vəzifəsində çalışan yaxın qohumu Mirzə Fətəli Axundovun vasitəsi ilə dövlət qulluğuna qəbul olunub. O cümlədən, Mirzə Fətəli Axundov dövlət xidməti ilə əlaqədar Tiflisdə olmadığı və ya xəstələndiyi vaxtlarda, bir qayda olaraq, onun vəzifəsini icra edib, sənədlərin yazılı tərcüməsi ilə məşğul olub.

1868-ci əvvəlində Qafqaz canişininin baş idarə dəftərxanasında VIII dərəcə hüququnda tərcüməçi idi.

Vəfatı

6 iyul (23 iyun) 1903-cü il tarixdə – 69 yaşında, Tiflisdə vəfat edib.

Qeydlər

  1. Mirzə Fətəli Axundov Mirzə Mustafa Axundovu çox vaxt başqalarına “qardaşım”, bəzən isə “əmioğlum” deyə təqdim etmişdir. Hər ikisinin sənədlərində familiyaları və atalarının adları eyni olduğundan rəsmi dairələrdə də çox vaxt doğma qardaş hesab olunublar.

Ədəbiyyat

  1. Zeynalzadə A. Azərbaycan mətbuatı və çar senzurası (1850–1905). — Bakı: Elm, 2006. — Səhifələrin sayı:  328. — Səh.: 19 – 20. — ISBN 5806617580.
  2. Quliyev V. Bir daha Mirzə Fətəli Axundovun dəfni haqqında // 525-ci qəzet : qəzet. — Bakı, 2012. — В. 19 may. — Səh. 14 – 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 16 mart 2020.