Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mustafa ağa Şəkixanov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:19, 5 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mustafa ağa Şəkixanov
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu
Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov
Təxəllüsü Şuxi
Doğum tarixi 1831(1831-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfatı 5 noyabr 1895 (64 yaşında)
Vəfat yeri Qaraqosı[1], Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Atası Kərim ağa Şəkixanov

Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçılarından biri; “Şəki tarixi” adlı bir tarix əsərini[2] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[3]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb; 2011-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında “Divan”ı çap olunmuşdur.

Həyatı

Mustafa ağa Şəkixanovun qəbri üzərindəki baş daşı.

1831-ci ildə Nuxada anadan olub[4].

1853 – 1857-ci illərdə Nuxada kanvoy[5] vəzifəsində çalışıb.

1857 – 1861-ci illərdə Sankt-Peterburqa girov aparılıb. Orada hərbi təhsil alıb və karnet[6] hərbi rütbəsinə yiyələnib.

1861-ci ildə girovluqdan azad edilib və Nuxaya qayıdıb.

1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin köməkçisi vəzifəsində işləyib.

1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı[7] kəndində yaşayıb[8].

5 noyabr 1895-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar və qeydlər

  1. Bu yerin adını Salman Mümtaz göstərib. Mümkündür ki əslində söhbət hal-hazırda Qaraso adlanan ərazidən gedir. Hansı ki həmin ərazidə müxtəlif kəndlər var. Mustafa ağanın atasının şəxsi kəndi isə İpəkli olub. Mümkündür ki, Mustafa ağa da İpəkli kəndində yaşamış və orada da vəfat etmişdir.
  2. Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə rusca çap olunub; əsərin özü isə itmiş hesab olunur (Məmmədov A.S., 2009, s. 4).
  3. Tahirzadə Ə.Ş., 2005, s. 88 –93.
  4. Məmmədov A.S., 2009, s. 4.
  5. Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbçi.
  6. Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
  7. Bax: 1-ci qeydə.
  8. Tahirzadə Ə.Ş., 2005, s. 10.

Həmçinin bax

Ədəbiyyat

Şablon:Yaxşı məqalə