Prezident İlham Əliyev cənablarının dediyi kimi, “xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir”, bəli vətəndaş Vüqar SəfərliƏhməd İsmayılov! – xalq bizi dəstəkləyir, sizi yox, sizin medianızı da yox!!!
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Nəsib Muxtarov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:26, 16 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nəsib Muxtarov
Muxtarov Nəsib Mirsaleh oğlu
Nəsib Muxtarov
Doğum tarixi 3 oktyabr 1951(1951-10-03)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 yanvar 2019 (67 yaşında)
Vəfat yeri Şablon:Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupu, baş elmi işçi
Təhsili Bakı Dövlət Universiteti

Nəsib Muxtarov — Azərbaycan arxeoloqu; Şəki rayonun Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, Azərbaycan şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub. 1990-cı ildə 328 nömrəli Aşağı Göynük seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

3 oktyabr 1951-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1968-ci ildə Nuxa şəhər 11 saylı orta məktəbi bitirib.

1968-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub, lakin sonradan təhsilini davam etdirməyib.

1974 – 1979-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əyani təhsil alıb.

Əmək fəaliyyəti

Hərmi xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyib.

Ali təhsil aldıqdan sonra Rəşid bəy Əfəndiyev adına Şəki Diyarşünaslıq muzeyində əvvəl baş fond mühafizəçisi, daha sonra muzeyin direktoru,

1982-ci ildən Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi,

1990-cı ildə isə Azərbaycan SSR EA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya və folklor qrupunun baş elmi işçisi vəzifəsində çalışıb.

Elmi-arxeoloji fəaliyyəti

1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edib. Azərbaycanın şimal-şərq bölgəsində aparılmış arxeoloji tədqiqatlar barədə çoxsaylı elmi məqalələrin, “Qalayeri-daş” monoqrafiyasının müəllifidir.

Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar etmiş, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparmışdır.

Digər

1970 – 1971-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.

Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradıb. Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilib. Nəsib Muxtarov “Ocaq” ədəbi-ictimai birliyinin yaradıcılarından biri olmaqla yanaşı, 1984-cü ildən həmin birliyin sədri olub.

1990-cı ildə 328 nömrəli Aşağı Göynük seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

2015-ci il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində xüsusi diplomla təltif edilmişdir[1].

Vəfatı

Uzun sürən xəstəlikdən sonra 68 yaşında – 2019-cu il yanvarın 25-də, Şəkidə vəfat edib.

İstinadlar

  1. ""Milli irs-2015" mükafatının təqdimat mərasimi olub". http://azertag.az (azərb.). AZƏRTAC. 17.04.2015 [21:48]. 19 Apr 2015 - 16 Sep 2020 tarixində arxivləşdirilib.

İstifadə edilmiş mənbələr

Xarici keçidlər

  • Şəkillər: 1, 2,3.