Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Niyazi Bədəlov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 10:57, 2 noyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Niyazi Bədəlov
Bədəlov Niyazi Mustafa oğlu
Niyazi Bədəlov
Niyazi Bədəlov.
Doğum tarixi 10 iyul 1909(1909-07-10)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2 noyabr 1997 (88 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi rejissor
Təhsili Dövlət Kinematoqrafiya İnstitutu(ru) (1931–1936, Moskva)
Fəaliyyət illəri 1938–1989

Niyazi Bədəlov (1909–1997) — Azərbaycan sovet sənədli filmlər rejissoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

10 iyul 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Atası Mustafa Bədəlov saatsaz olsa da 1894-cü ildə Nuxada açılmış “Üsuli-sövtiyyə” məktəbinin 3 əsas təşəbbüskarından biri idi.

Təhsili[redaktə | HTML redaktə]

1931 – 1936-cı illərdə Dövlət Kinematoqrafiya İnstitutunda(ru) (Moskva) təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1927-ci ildə Nuxadakı “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilib.

1936-cı ildən isə Bakıda “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb.

1938 – 1939-cu illərdə Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib.

1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb və bir müddət həmin teatrın bədii rəhbəri vəzifəsində çalışıb.

Yaradıcılığı[redaktə | HTML redaktə]

“Azərbaycanfilm” kinostudiyasında əvvəlcə “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini çəkib. Daha sonra isə H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, işi başa çatdıra bilməyiblər. Lakin Niyazi Bədəlov çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmi hazırlayıb. Film Böyük Vətən müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunub. “Sovqat” bədii filmi istisna olmaqla Niyazi Bədəlov bütün rejissor fəaliyyəti boyu yalnız sənədli filmlərin çəkilişi ilə məşğul olmuşdur.

1941-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.

Ümumilikdə 40-a qədər sənədli film, “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib.

Filmoqrafiya[redaktə | HTML redaktə]

Linklər

Rejissor kimi

Azərbaycan dilinə dublyajın rejissoru kimi

Ssenari müəllifi kimi

İkinci rejissor kimi

Rejissor assistenti kimi

Bədii rəhbər kimi

Aktyor kimi

  • Əlaqə (tammetrajlı bədii film) (rol: qoca).

Vəfatı[redaktə | HTML redaktə]

2 noyabr 1997-ci il tarixdə – 88 yaşında, Bakıda vəfat edib.

Xatirəsi[redaktə | HTML redaktə]

24 iyul 2009-cu il tarixdə Bakıdakı Muzey Mərkəzində 100 illik yubileyi qeyd edilmişdir; Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quluyev, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və başqaları Niyazı Bədəlovun Azərbaycan kinosuna töhfələrindən danışmış, onun xidmətlərini yüksək qiymətləndirmişlər.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Bədəlov Niyazi // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 59-60. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "NİYAZİ BƏDƏLOVUN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR". azertag.az (azərb.). azertag.az. 24.07.2009. 9 Jul 2020 tarixində arxivləşdirilib.
  3. Mete Ə. Azərbaycan kinosunun veteranı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 495-497. — 500 nüsx.