Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Niyazi Səmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:37, 22 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Niyazi Səmədov
Səmədov Niyazi Həmid oğlu
Niyazi Səmədov
Niyazi Səmədov.
Doğum tarixi 31 dekabr 1916(1916-12-31)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 may 1989 (72 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumu, ipəkçilik bölməsi (–1932)

 • Daşkənd Kənd Təsərrüfatı İnstitutu, ipək­çilik fa­kültəsi (–1941)
Üzvlüyü Azərbaycan SSR EA-nın müxbir üzvü
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı
II dərəcəli "Vətən Müharibəsi" ordeni
Adının digər versiyaları Niyazi Semedov, Niyazi Samadov, Ниязи Семедов, Ниязи Самадов, Нијази Сәмәдов

Niyazi Səmədov (1916–1989) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü. Azərbaycanda entomologiya, torpaq zoologiyası, bio­senolo­gi­ya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuş­dur.

Haqqında məlumatlar

31 dekabr 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1932-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumu­nun ipəkçilik bölməsini,

1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı İnstitutunun ipək­çilik fa­kültəsini bitirib.

Hərbi xidmətdə

Böyük Vətən müharibəsi iştirakçısıdır.

1941 – 1946-cı illərdə sovet ordusu sıralarında xidmət etmiş, 1946-cı ildə zabit rütbəsində tərxis olunmuşdur.

Əmək fəaliyyəti

1947-ci ildən Azərbaycan SSR EA Zoologiya İnstitutunda kiçik elmi işçi,

1954-cü ildən baş elmi işçi,

1955 – 1961-ci illərdə elmi işlər üzrə direktor müavini,

1961 – 1989-cu illərdə isə entomolo­giya laborato­ri­yasının müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1951-ci ildə namizədlik,

1964-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildə professor elmi adını alıb.

1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. 8 əsəri başqa ölkədə (Avstriya, İngil­tərə, Almaniya, Fransa və Çexoslovakiya) çap olunmuşdur.

7 elmlər doktorunun və 40 elmlər namizədinin elmi rəhbəri olub.

Elmi-ictimai aktivliyi

  • Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972);
  • SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979).

Təltif və mükafatları

Vəfatı

23 may 1989-cu il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Səmədov Niyazi // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 501-502. — 1.000 nüsx.
  2. "Vəfat etmiş müxbir üzvlər/Səmədov Niyazi Həmid oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Sep 2018 – 28 Oct 2020 tarixində arxivləşdirilib.