Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Niyazi Səmədov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Niyazi Səmədov
Səmədov Niyazi Həmid oğlu
Niyazi Səmədov
Niyazi Səmədov.

Niyazi Səmədov (1916–1989) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü. Azərbaycanda entomologiya, torpaq zoologiyası, bio­senolo­gi­ya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuş­dur.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

31 dekabr 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1932-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumu­nun ipəkçilik bölməsini,

1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı İnstitutunun ipək­çilik fa­kültəsini bitirib.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

Böyük Vətən müharibəsi iştirakçısıdır.

1941 – 1946-cı illərdə sovet ordusu sıralarında xidmət etmiş, 1946-cı ildə zabit rütbəsində tərxis olunmuşdur.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1947-ci ildən Azərbaycan SSR EA Zoologiya İnstitutunda kiçik elmi işçi,

1954-cü ildən baş elmi işçi,

1955 – 1961-ci illərdə elmi işlər üzrə direktor müavini,

1961 – 1989-cu illərdə isə entomolo­giya laborato­ri­yasının müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1951-ci ildə namizədlik,

1964-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildə professor elmi adını alıb.

1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. 8 əsəri başqa ölkədə (Avstriya, İngil­tərə, Almaniya, Fransa və Çexoslovakiya) çap olunmuşdur.

7 elmlər doktorunun və 40 elmlər namizədinin elmi rəhbəri olub.

Elmi-ictimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972);
  • SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979).

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

23 may 1989-cu il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 501-502. — 1.000 nüsx.
  2. ...

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...