Niyazi Səmədov
Niyazi Səmədov (1916–1989) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü. Azərbaycanda entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Niyazi Səmədov | |
---|---|
Səmədov Niyazi Həmid oğlu | |
![]() | |
Niyazi Səmədov. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
31 dekabr 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1932-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunun ipəkçilik bölməsini,
1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik fakültəsini bitirib.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
Böyük Vətən müharibəsi iştirakçısıdır.
1941 – 1946-cı illərdə sovet ordusu sıralarında xidmət etmiş, 1946-cı ildə zabit rütbəsində tərxis olunmuşdur.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1947-ci ildən Azərbaycan SSR EA Zoologiya İnstitutunda kiçik elmi işçi,
1954-cü ildən baş elmi işçi,
1955 – 1961-ci illərdə elmi işlər üzrə direktor müavini,
1961 – 1989-cu illərdə isə entomologiya laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1951-ci ildə namizədlik,
1964-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.
1971-ci ildə professor elmi adını alıb.
1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. 8 əsəri başqa ölkədə (Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiya) çap olunmuşdur.
7 elmlər doktorunun və 40 elmlər namizədinin elmi rəhbəri olub.
Elmi-ictimai aktivliyi Vizual/Mobil redaktə
- Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972);
- SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979).
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı;
- II dərəcəli “Vətən Müharibəsi” ordeni;
- 8 medal.
Vəfatı Vizual/Mobil redaktə
23 may 1989-cu il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 501-502. — 1.000 nüsx.
- ...
Bildiriş Vizual/Mobil redaktə
...