Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nizaməddin Cəlilov

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 08:47, 10 sentyabr 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
......
Nizaməddin Cəlilov
Cəlilov Nizaməddin Qurban oğlu
Nizaməddin Cəlilov
Nizaməddin Cəlilov.

Nizaməddin Cəlilov — ədliyyə general-mayoru, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini. Daha əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

11 sentyabr 1965-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1987-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu,

2009-cu ildə isə Azərbaycan Universitetini bitirib.

Əmək fəaliyyəti

1989-cu ildən müxtəlif vəzifələrdə çalışıb, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət edib.

2005-ci ildən Azərbaycan Respublikasının ədliyyə orqanlarında qulluq etməyə başlayıb; o cümlədən, bir müddət Penitensiar Xidmətinin rəis müavini olub.

2016-cı ilin sentyabr ayından Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavinidir.

Təltifləri

Ailəsi

Akademik Qurban Cəlilovun oğludur.

Ailəlidir, bir övladı var.

Bildiriş

...