Nizami Adışirinov
Nizami Adışirinov — filologiya üzrə fəlsəfə doktoru, şair, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi.
Nizami Adışirinov | |
---|---|
Adışirinov Nizami Şamil oğlu | |
![]() | |
Nizami Adışirinov. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
21 aprel 1983-cü il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2000-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbini bitirib.
2000 – 2004-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr pilləsi üzrə,
2004 – 2006-cı illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
2006-cı ildə AMEA Folklor İnstitutunun doktoranturasına qəbul olunub.
“Dədə Qorqud kitabında epik formullar” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Bir sıra Respublika və Beynəlxalq elmi konfransların iştirakçısı olub. Məqalə və tezisləri nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunub. “Dədə Qorqud kitabında epik formullar” və “Kitabi-Dədə Qorqud”da boy, soy, ailə şəcərəsi” adlı elmi monoqrafiyaların müəllifidir.
Ədəbi-bədii fəaliyyəti Vizual/Mobil redaktə
Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa meyl edib. Dövri-mətbuatda şeirləri çap olunub. “Ruh bədəndən uzaq düşüb” (2004), “Ürəyimin harayı”(2006), “Əzizlə məni”, (2006), “Yazdım ki izim qala” (2007), “Ömür qatarı” (2010) şeir kitablarının müəllifidir. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisidir.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, üç övladı var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Orsər R. Nizami Adışirinov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 813. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş Vizual/Mobil redaktə
...
...