Nuxa Dövlət Müəllimlər İnstitutu

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:40, 25 iyul 2022 tarixli dəyişiklik

Nuxa İkiillik Müəllimlər İnstitutu — 1940–1953-cü illərdə Nuxa şəhərində fəaliyyət göstərmiş ali təhsil müəssisəsi. Dörd ixtisas üzrə müəllim kadrları hazırlayırdı. Direktoru Rəsul Rəsullu idi. 1942-cı ilin aprel ayınadık tədris hissəsi müdiri Əhməd Rəhimli olub. İnstitut 1953-cü ildə ləğv edilərək Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun tərkibinə verilmişdir. İnstitut fəaliyyət göstərdiyi 13 il ərzində institututu 1100-dən çox tələbə bitirmişdir.

Ədəbiyyat

Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 115. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Şablon:Yaxşı məqalə