Prezident İlham Əliyev cənablarının dediyi kimi, “xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir”, bəli vətəndaş Vüqar SəfərliƏhməd İsmayılov! – xalq bizi dəstəkləyir, sizi yox, sizin medianızı da yox!!!
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Qazıxana dəftəri

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Kateqoriya:Şəkinin tarixi haqqında məlumat verən mənbələrKateqoriya:Şəkinin tarixi haqqında məlumat verən mən...' ilə yarat) tərəfindən edilmiş 17:47, 6 oktyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Qazıxana dəftəri
Fotoqrafiya
'
Müəllif Nuxəvi Ə.
Orijinalın dili azərbaycanca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 2008
Orijinalın nəşr ili 1866–1880
Tərcüməçi Kamandar Şərifov
Nəşriyyat Nurlan
Səhifə 161
Tiraj 200
elektron versiyası
elektron versiyası

Qazıxana dəftəri — XIX əsrin tanınmış alimi, pedaqoqu və kitabşünası, Nuxanın (indiki Şəki) baş qazısı Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin 1866-cı ildən başlamaqla Nuxada vəfat edənləri və nikah müqaviləsi bağlayanları qeydə aldığı və ondan sonra oğlu Abdulla tərəfindən 1880-ci ilədək qeydlərin davam etdirilildiyi dəftər. Kamandar Şərifov tərəfindən edilmiş foneliterasiyası AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 22 sentyabr 2008-ci il tarixli 9 №-li iclasının qərarı ilə 2008-ci ildə 161 səhifəlik kitabça şəklində 200 nüsxə tirajla “Nurlan” nəşriyyatında çap olunmuşdur.

Haqqəında məlumatlar

“Qazıxana dəftəri” XIX yüzillikdə Nuxada ailə hüququnun, səhiyyənin tarixinin, yer adları və tanınmış şəxsiyyətlərlə bağlı müəyyən məlumatların öyrənilməsi və əldə edilməsi baxımından çox dəyərli qaynaqdır. “Qazıxana dəftəri”ndə Şəkinin istər məşhur şəxsiyyətlərinin, istərsə də sadə insanlarının nigah müqavilələri qeydə alınmışdır. Nigah müqaviləsinin əhatə etdiyi məlumatlar bunlardır: Evlənən oğlanın və ya kişinin, ailə quran qızın və ya qadının adları və soyadları, vəkillərin, şahidlərin, kəbin kəsənin adları, möhr və tarix.

“Qazıxana dəftəri”ndə Şəkinin xanları, tanınmış şəxsiyyətləri və onların övladları ilə bağlı müəyyən məlumatlar da verilib. Məsələn, dəftərdə Şəki xanları Hacı Çələbi xan, Məhəmmədhəsən xan, Səlim xan, Şəki bəylərbəyi Fətəli xan, Əlican Həsən xan Mirzə bəy Sultanovun oğlu, Şəkixanovlar, Əfəndiyevlər və Əfəndizadələr, İmamzadələr, Qaragözzadələr, Danyal Sultan, Şeyxəli bəy, Əlican bəy Nuxəvi, knyaz Əbdürrəhman, knyaz Abdulla, şeyxzadələr, Axundzadələr, knyaz Əbdürrəhim, Molla Cümanın övladları və başqaları. Burada Xanlar ağa Cəfər ağa Şəkixanovun oğlunun Huri xanım Hüseyn ağa Şəkixanovun qızı ilə, ustad bərbər Məhərrəm bərbər Əbdürrəhman oğlunun Səkinə bəyim Molla Cümanın oğlu Manafin qızı ilə, Əlican Həsən xan Mirzə bəy Sultanovun oğlunun Səkinə bəyim Şəki bəylərbəyi Əlican Məhəmmədhəsən xanın qızı ilə, İbrahim bəy Şeyxəli bəy oğlunun Ballı xanım hacı Şəmsəddin bəyin övladı Mustafa bəyin qızı ilə evlənmələri ilə bağlı nigah müqavilələri barədə məlumatlar öz əksini tapmışdır.

“Qazıxana dəftəri” Şəki bölgəsində səhiyyənin öyrənilməsi baxımından da dəyərli mənbədir. Bu mənbədə XIX yüzilliyin ikinci yarısında Nuxada vəfat edənlər, onların vəfat tarixi, xəstəliyi və yaşı qeydə alınmışdır. Burada vəfat edənlərin böyük əksəriyyətinin ağ ciyər xəstəliklərindən, o cümlədən plevrit, vərəm və sətəlcəmdən öldükləri haqqında məlumatlar verilmişdir. Bundan başqa ishal, yatalaq, qızdırma, çiçək və yel xəstəliklərindən ölənlərin sayı da çox olmuşdur. Doğuş zamanı həyatdan getmiş qadınların sayı da kifayət qədərdir. Bu mənbədə qeyd edildiyinə görə 1871-ci ildə Nuxada kütləvi xəstəlik baş vermişdir.

“Qazıxana dəftəri”ndən məlum olur ki, 1866–1880-ci illər arasında vəfat etmiş Nuxa sakinlərinin ən çox yaşayanları əsasən 80–85 il ömür sürmüşlər. Lakin 90–100, hətta 120 il ömr sürənlər də olmuşdur. Mələkcahan qarı 120 yaşında vəfat etmişdir. Daha çox ömr sürmüş Şəki sakinləri içərisində kişilərə nisbətən qadınlar üstünlük təşkil edirdi[1].

İstinadlar

  1. Qazıxana dəftəri, 2008, (Kamandar Şərifovun tərtib etdiyi “Ön söz”dən iqtibas)., s. 9-12.

Ədəbiyyat

  1. Nuxəvi Ə. Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — 200 nüsx.