Qorxmaz Bəkirov (1940–1998) — sovet dövrünün son onilliklərində Şəkidə tanınmış nəqliyyat işçisi və rəhbər kadr olmuş şəxs. Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi, Şəki Şəhər Soveti sədrinin müavini və s. vəzifələrdə çalışmışdır.

Qorxmaz Bəkirov
Bəkirov Qorxmaz Mürsəl oğlu
Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov, 1990-cı il.
Doğum tarixi 25 noyabr 1940(1940-11-25)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2 dekabr 1998 (58 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Energetika Texnikumu

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu

Haqqında məlumatlarRedaktə

25 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

Yeddiillik təhsildən sonra əvvəl Bakı Energetika Texnikumunda, daha sonra isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1967-ci ildə Zaqqtala rayon rabitə qovşağında texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonra Şəki 6 nömrəli istismar rabitə qovşağında əvvəl mühəndis, daha sonra sahə rəisi vəzifələrində çalışıb.

1972-ci ildən “Azərkəndtexnika” birliyi Şəki şöbəsi müdirinin müavini,

1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi,

1991-ci ildə 5 ay Şəki Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyiRedaktə

1970-ci ildən Sov.İKP-nin üzvü olub.

1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilib.

1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir[qeyd 1].

VəfatıRedaktə

2 dekabr 1998-ci il tarixdə – 58 yaşında, Şəkidə vəfat edib.

QeydlərRedaktə

  1. 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsində bir deputat yerinə üç namizəd səsə qoyulmuş və onlardan heç biri seçilməmişdir. Dairə seçki komissiyası dairədə daha çox – 40,5 faiz səs toplamış Şəki İstehsal İpək Birliyinin baş direktoru Çingiz Yunus oğlu Əfəndiyev və 21,1 faiz səs toplamış Şəki şəhər 17 nömrəli məktəbin müəllimi Paşa Şaban oğlu Paşayev üzrə 1990-cı il oktyabrın 14-də təkrar səsvermə keçirmək haqqında qərar qəbul etmişdir. Təkrar səsvermədə Çingiz Əfəndiyev Azərbaycan SSR xalq deputatı seçilmişdir.

ƏdəbiyyatRedaktə

  1. Qorxmaz Mürsəl oğlu Bəkirov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25–26 (1959–1960). — Səh. 2.