Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Qorxmaz Bəkirov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:21, 3 fevral 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qorxmaz Bəkirov
Bəkirov Qorxmaz Mürsəl oğlu
Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov, 1990-cı il
Doğum tarixi 25 noyabr 1940(1940-11-25)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2 dekabr 1998 (58 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Energetika Texnikumu

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu

Qorxmaz Bəkirov (1940–1998) — tanınmış nəqliyyat işçisi, ictimai-siyasi fəal. 1978–1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi, 1991-ci ildə Şəki Şəhər Soveti sədrinin müavini olub.

Haqqında məlumatlar

25 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Yeddiillik təhsildən sonra əvvəl Bakı Energetika Texnikumunda, daha sonra isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1967-ci ildə Zaqqtala rayon rabitə qovşağınındə texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonra Şəki 6 nömrəli istismar rabitə qovşağında əvvəl mühəndis, daha sonra sahə rəisi vəzifələrində çalışıb.

1972-ci ildən “Azərkəndtexnika” birliyi Şəki şöbəsi müdirinin müavini,

1978 – 1991-ci illərdə Şəki 2717 nömrəli avtomobil dəstəsinin rəisi,

1991-ci ildə 5 ay Şəki Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1970-ci ildən Sov.İKP-nin üzvü olub.

1990-cı ildə Şəki Şəhər Sovetinə deputat seçilib.

1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir[1].

İstinadlar

  1. 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsində bir deputat yerinə üç namizəd səsə qoyulmuş və onlardan heç biri seçilməmişdir. Dairə seçki komissiyası dairədə daha çox – 40,5 faiz səs toplamış Şəki İstehsal İpək Birliyinin baş direktoru Çingiz Yunus oğlu Əfəndiyev və 21,1 faiz səs toplamış Şəki şəhər 17 nömrəli məktəbin müəllimi Paşa Şaban oğlu Paşayev üzrə 1990-cı il oktyabrın 14-də təkrar səsvermə keçirmək haqqında qərar qəbul etmişdir. Təkrar səsvermədə Çingiz Əfəndiyev Azərbaycan SSR xalq deputatı seçilmişdir.

Ədəbiyyat

  1. Qorxmaz Mürsəl oğlu Bəkirov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25–26 (1959–1960). — Səh. 2.