Rüstəm xan Xoyski
Rüstəm xan Xoyski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. General-leytenant İskəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır.
Rüstəm xan Xoyski | |||||||
---|---|---|---|---|---|---|---|
az.: Rüstəm xan Cahangir xan oğlu Xoyski | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Musa bəy Rəfiyev | ||||||
Xələfi | Valerian Klenevski | ||||||
Doğum tarixi | 5 noyabr 1888 | ||||||
Doğum yeri | Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1939 | ||||||
Vəfat yeri | Moskva | ||||||
Atası | İskəndər xan Xoyski |
Həyatı
Rüstəm xan İsgəndər xan oğlu 5 noyabr 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Öncə giminaziya, sonra universitet bitirmişdi.
1918 – ci ilə qədər hüquq-mühafizə orqanlarında fəliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin təşkil etdiyi birinci və ikinci Hökumət kabinələrində işlər idarəsinin müdiri, sonralar isə himayədarlıq naziri vəzifələrində çalışmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm xan Xoyski Azərbaycan Sovet Sosialist Respublikası Ali İqdisadi Şurası rəyasət heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə hüquqşünas və sair vəzifələrdə çalışmışdır.
Sonralar Moskvaya köçmüş və 1939 cu ildə orada vəfat edərək, Novodeviçye qəbirstanlığında dəfn edilmişdir.