Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəhim Qazıyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:23, 16 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəhim Qazıyev
Qazıyev Rəhim Həsən oğlu
Rəhim Qazıyev.jpg
Rəhim Qazıyev.
bayraqAzərbaycan Respublikasının Müdafiə naziribayraq
17 mart 1992 — 20 fevral 1993
Sələfi Tahir Əliyev
Xələfi Dadaş Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 17 fevral 1943 (1943-02-17) (81 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Həsən Məmməd oğlu Qazıyev
Anası Libada Məmməd qızı Qazıyeva
Uşaqları Sevinc Qazıyeva, Aytən Qazıyeva, Şəbnəm Qazıyeva
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakultəsi (1961 – 1967)
Elmi dərəcəsi fiziki-riyaziyyat elmləri namizədi
Elmi adı dosent

Rəhim Qazıyev – ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.

Haqqında məlumatlar

17 fevral 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1950 – 1960-cı illərdə Nuxa şəhər 3 nömrəli orta məktəbində,

1961 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində təhsil alıb.

Elmi fəaliyyəti

1979-cu ildə “Elastik, plastik və özlü mühitdə dağıntını nəzərə almaqla və almamaqla dalğaların yayılması məsələsinin təqribi analitik yolla həlli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1968-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl laborant, sonra baş laborant, daha sonra asisent,

1975-ci ildən isə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.

1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə naziri olub.

İctimai-siyasi fəaliyyəti

1987 – 1990-cı cı illərdə Kommunist partiyasının üzvü olub.

1988-ci ildən Azərbaycan milli azadlıq hərakatına qoşulub və Azərbaycan Xalq Xəbhəsi İdarə Heyətinin üzvü olub.

1990-cı lin sonunda 129 nömrəli Şəki birinci şəhər seçki dairəsindən (ikinci seçki) Azərbaycan SSR xalq deputatı seçilib.

1991-ci ilin əvvəllərində Azərbaycan Respublikası Ali Sovetin Milli Şurasına üzv seçilib.

Hərbi sahədə fəaliyyəti

1992-ci ilin yanvarın 31-dən yenicə yaranmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində də qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllü döyüşçü dəstəsi ilə Şuşanın müdafiəsinə qatılıb. 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə, həmin 109 nəfərin arasında olan Emin Məmmədov adlı bir xain, Rəhim Qazıyevi kazarmada yatdığı yerdə öldürmək üçün onun çarpayısını gülləboran etmiş, 8 nəfər könüllünü öldürmüş, 6 nəfəri, o cümlədən, Rəhim Qazıyevi yaralayıb.

17 mart 1992-cı il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri təyin edildikdən az sonra, əvvəl strateji əhəmiyyətə malik Şuşa şəhəri, sonra isə Laçın dəhlizi ermənilər tərəfindən işğal edilsə də, həmin ilin ikinci yarısında cabhədə üstünlük tam Azərbaycan tərəfinin əlində olmuş, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin 52 %-i, həmçinin Laçın rayonunun 67 yaşayış məntəqəsi işğaldan azad edilmiş, 1988-ci ildən bağlı qalan Tətər – Ağdərə – Kəlbəcər şosse yolu açılmışdır. Lakin 1993-cü ilin əvvəllərində cəbhədə yenidən baş vermiş hərbi uğursuzluqlardan sonra Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən istefa verməyə məcbur olmuşdur.

Məhkumuğu

1990-cı ildə 20 yanvar hadisələri ilə bağlı təqsirli bilinərək həbs edilib və 8 aydan sonra azadlığa buraxılıb.

21 noyabr 1993-cü il tarixdə yenidən həbs edilib və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilib.

1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə bir neçə nəfərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçıb.

1996-cı il aprelin 13-dən 14 keçən gecə Rusiyada həbs edilərək Azərbaycana gətirilib.

20 mart 2005-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılıb.

Ədəbiyyat

Həmçinin, bax:

Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)

Şablon:Yaxşı məqalə