Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəsul Rəsullu

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:R{{Alim |Piktoqram = |Adı = Rəsul Rəsullu |Orijinal adı = Rəsul Yusif oğlu Rəsullu |Şəkil...' ilə yarat) tərəfindən edilmiş 00:30, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rəsul Rəsullu
Rəsul Yusif oğlu Rəsullu
Rəsul Rəsullu
Doğum tarixi 1908
Doğum yeri Nuxa
Vəfat tarixi 1962
Vəfat yeri Bakı
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili Bakı Pedaqoji Texnikumu (1924 – 1927); Azərbaycan Pedaqoji İnstitutu (1936 – 1940)
Mükafatları “Əməkdə fərqlənməyə görə” medalı (1944); “Qafqazın müdafiəsinə görə” medalı (1945)

Rəsul Rəsullu – Azərbaycan SSR-in Əməkdar müəllimi (1942), filologiya elmləri namizədi (1945), Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş “Ölməz sənətkar” adlı monoqrafiyanın və onlarla elmi məqalənin müəllifi. “İpəkçi” qəzetinin redaktoru (1933 – 1934)[qeyd 1], “Şəki fəhləsi” qəzetinin redaktoru[qeyd 2], Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru (1940 – 1953) və s. vəzifələrdə işləmiş, Azərbaycan SSR Ali Sovetinə Nuxa şəhər üçüncü seçki dairəsindən deputat seçilmişdir (1947).

Həyat və fəaliyyəti

1908-ci ildə Nuxada fəhlə ailəsində anadan olub. 1921 – 1924-cü illərdə Nuxadakı məktəbdə, 1924 – 1927-ci illərdə isə Bakıdakı Pedaqoji Texnikumunda təhsil alıb. 1927 – 1929-cu illərdə Zaqatala qəzasının İlisu kəndində müəllim, 1929 – 1930-cu illərdə Zaqatala-Şəki mahalı maarif şöbəsində inspektor vəzifəsində işləyib. 1931 – 1936-cı illərdə Nuxadakı bir çox məktəb və texnikumlarda müəllimlik etməklə yanaşı, 1933 – 1934-cü illərdə həm də “İpəkçi” qəzetinin redaktoru olmuşdur.

1936 – 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil aldıqdan sonra 1940 – 1953-cü illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru vəzifəsində işləyib. 1942-ci ildə “Azərbaycan SSR Əməkdar müəllimi” Fəxri adına layiq görülüb. Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru vəzifəsində işləyərkən – 1943-cü ilin yanvar ayında, aylıq maaşının 10 faizini müharibə qurtaranadək döyüş maşınlarının düzəldilməsi nəfinə vermək niyyətində olduğunu bəyan etmiş, digər ali məktəb rektorlarını da bu cür hərəkət etməyə çağırmışdı[qeyd 3].

1944-cü ildə “Əməkdə fərqlənməyə görə”, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif edilib. 1945-ci ildə həm də namizədlik dissertasiyasını uğurla müdafiə edərək Filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

1953-cü ildə Nuxa İkiillik Müəllimlər İnstitutunun ləğv edilməsindən sonra 1953 – 1958-cu illərdə Kirovabaddakı Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun, 1958 – 1959-cu illərdə isə Bakıdakı Azərbaycan Pedaqoji İnstitutun Azərbaycan ədəbiyyatı kafedralarında dosent vəzifəsində çalışıb.

Qeydlər

  1. “İpəkçi” qəzetinin 1933–1934-cü illərdə çap olunmuş nüsxələrində qəzetin məsul redaktorunun Rəsul Rəsullu olduğu göstərilir. Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan həmin nüsxələr, vaxtilə, elə Rəsul Rəsullunun şəxsi arxivində olmuşdu, lakin onun vəfatından sonra – XX əsrin 60-cı illərində, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru Salis Məmmədova təhvil verilib.
  2. “Şəki fəhləsi” qəzetinin 50 illiyi münasibəti ilə çap olunmuş kitabçada, qəzetin keçmiş redaktorlarından biri kimi Rəsul Rəsullunun da fotoşəkli dərc edilib.
  3. Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,
    " 1943-cü ilin yanvar ayından etibarən Şəkidəki müəllimlər institutunun direktoru Rəsul Rəsullu yoldaş aylıq maaşının 10 faizini müharibə qurtaranadək faşizmə qarşı döyüş maşınları düzəldilməsi nəfinə vermək üçün təşəbbüs qaldırmış və bütün ali məktəb rektorlarını bu cür yardım etməyə çağırmışdı. "

İstifadə edilmiş əsas mənbə

  • Rafiq Şükürov, Ramiz Orsər. Rəsullu Rəsul Yusif oğlu // İşıq Məbədi (Şəki Pedaqoji Kolleci – 90). — Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki Pedaqoji kolleci. — Bakı: İdeal-print, 2010. — I kitab  cild. — Səhifələrin sayı:  310. — Səh.: 114-116. — 1.000 nüsx. — ISBN 978995244710.

Şablon:Yaxşı məqalə