Rafiq Rasulov
Rafiq Rasulov | |
---|---|
Rasulov Rafiq Abduləli oğlu | |
Rafiq Rasulov, 2010-cu il. | |
Doğum tarixi | 10 aprel 1958 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ, |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
İş yeri | ADP Şəki filialı, direktor |
Elmi dərəcəsi | riyaziyyat üzrə elmlər doktoru |
Elmi adı | dosent |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, riyaziyyat fakültəsi (1975–1980) Azərbaycan SSR Elmlər Akademiyası, Geologiya İnstitutu, aspirantura (1985–1989) |
Mükafatları | |
facebook səhifəsi |
Rafiq Rasulov — riyaziyyat üzrə elmlər doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru.
Haqqında məlumatlar
10 aprel 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1975-ci ildə Şəki şəhər 7 saylı orta məktəbi bitirib.
1975 – 1980-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsində,
1985 – 1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
- 1980 – 1983-cü illərdə Şəki Taxılçılıq sovxozu qiyabi orta məktəbinin Böyük Dəhnə tədris-məsləhət məntəqəsi, müəllim.
- 1983 – 1984-cü illərdə Şəki şəhər seysmik stansiyası, baş texnik.
- 1984 – 1989-cü illərdə Şəki şəhər seysmik stansiyası, mühəndis.
- 1989 – 1993-cü illərdə Şəki şəhər seysmik stansiyası, geofizik.
- 1993 – 1994-cü illərdə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialı, təbiət elmləri kafedrası, müdir.
- 1994 – 2000-cü illərdə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialı, tədris işləri üzrə direktor müavini.
- 2000 – 2001-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, tədris işləri üzrə direktor müavini.
- 2001 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, direktor.
- 2007 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, təbiət elmləri və tədrisi metodikası kafedrası, dosent.
- 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, təbiət elmləri və tədris metodikası kafedrası, dosent.
- 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, direktor.
Elmi fəaliyyəti
1992-ci ildə «Üçlaylı geoloji mühitdə tektonik dalğavari proseslərin modelləşdirilməsi» adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib.
2009-cu ildə dosent elmi adını alıb.
2014-cü ildə isə «Qeyri xətti parabolik və hiperbolik tənliklərin keyfiyyət xassələri» adlı mövzunda doktorluq dissertasiyası müdafiə edib.
İctimai-siyasi aktivliyi
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş, lakin seçilməmişdir.
Təltif və mükafatları
- «Azərbaycan Respublikasının əməkdar müəllimi» fəxri adı (2009).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rəsulov Rafiq Əbdüləli oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 479-480. — 1.000 nüsx.
- 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd – Qeybulla Adil Əbülfət oğlu (azərb.) // İpəkçi : qəzet. — Azərbaycan, 2010. — В. 18 oktyabr. — № 9 (2273). — Səh. 1.
- "Şəkidən deputatlığa namizədlər" (azərb.). 15 Eki 2010 04:26. 31 Jul 2020 tarixində arxivləşdirilib.
- "RASULOV RAFİQ ABDULƏLİ OĞLU" (azərb.). sheki-adpu.az. 15.12.17 13:09. 29 Jun 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1958-ci ildə doğulanlar
- 10 apreldə doğulanlar
- Apreldə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə