Rahib Vəliyev (1950–2012) — tanınmış inşaat mühəndisi və AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi. Bir sıra məqalələrin müəllifidir və bir çox elmi əsərləri rus dilindən azərbaycan dilinə tərcümə etmiş, həmçinin, özü də şeir yazmışdır.

Rahib Vəliyev
Vəliyev Rahib Aslan oğlu
Rahib Vəliyev
Rahib Vəliyev.
Doğum tarixi 28 mart 1950(1950-03-28)
Doğum yeri Rəhimli kəndi, Qasım İsmayılov (indiki Goranboy) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 14 may 2012 (62 yaşında)
Vəfat yeri Zaqatala, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Zaqatala, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Svetlana Məmmədova
Uşaqları Emil, Nail, Orxan Vəliyevlər
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, avtomobil yolları ixtisası (–1984)

Haqqında məlumatlarRedaktə

28 mart 1950-ci il tarixdə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Rəhimli kəndində anadan olub.

TəhsiliRedaktə

1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu avtomobil yolları ixtisası üzrə bitirib.

Əmək fəaliyyətiRedaktə

1970 – 1979-ci illərdə Bakı Metro tikinti idarəsində mühəndis,

1979 – 1985-ci illərdə Zaqatala Rayon Yol İstisrmarı İdarəsində mühəndis,

1985 – 1990-ci illərdə Zaqatala Tikinti Trestində baş mühəndis,

1990 – 1998-ci illərdə Şəki Tikinti Trestində baş mühəndis,

1998 – 2012-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində əvvəl elmi işçi, sonra isə uzun müddət elmi katib vəzifəsində çalışıb.

VəfatıRedaktə

14 may 2012-ci il tarixdə – 62 yaşında, Zaqatalada vəfat edib. Zaqatalada da dəfn olunub.