Rasif Abdullayev
Rasif Abdullayev (1948–2021) — tanınmış musiqiçi pedaqoq və muğam ifaçısı. Gənc xanəndələrin yetişməsində xidmətləri olub.
Rasif Abdullayev | |
---|---|
Abdullayev Rasif Əhmədiyə oğlu | |
Rasif Abdullayev. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1948 |
Doğum yeri | Baş Küngüt, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 noyabr 2021 (73 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Dövşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Səmayə Əhmədova |
Uşağı | Elnur Abdullayev |
Anası | Məhruzə Qaffarova |
Təhsili | Şəki Musiqi Texnikumu (1969–1973) |
Haqqında məlumatlar
1 yanvar 1948-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olub.
Təhsili
1959 – 1963-cü illərdə Nuxa şəhər 1 №-li internat məktəbində,
1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə,
1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda təhsil alıb.
Əmək və musiqiçi fəaliyyəti
1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə təhsil alarkən məktəbin bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri olub.
1966 – 1969-cu illərdə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işləyib, məşhur xanəndələrlə birlikdə Azərbaycanın bir sıra şəhər və rayonlarına qastrol səfərlərinə gedib.
1973 – 1976-cı illərdə Şəki rayonunun Orta Zəyzid kəndində klub müdiri,
1976 – 2012-ci illərdə Şəki musiqi texnikumunda muğam müəllimi vəzifəsində çalışıb.
Vəfatı
20 noyabr 2021-ci il tarixdə Şəkidə Salman Mümtaz küçəsini piyada keçərkən qarşıdan gələn avtomobilin vurması nəticəsində 72 yaşında həlak olub. Dovşan düzü qəbiristanlığında dəfn edilib.
Ədəbiyyat
- Təhmirazqızı S. Rasif Abdullayev // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 202. — 300 nüsx.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |