Elnur Abdullayev
Elnur Abdullayev | |
---|---|
Abdullayev Elnur Rasif oğlu | |
![]() | |
Elnur Abdullayev, 2022-ci il. |
Elnur Abdullayev — Şəki şəhər Heydər Əliyev Mərkəzinin mühəndisi və Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
20 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2002 – 2006-cı illərdə Şəki Musiqi Texnikumunda tar ixtisası üzrə,
2007 – 2013-cü illərdə Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası) informasiya texnologiyaları texnoloqu ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2009 – 2016-ci illərdə Şəki rayonunun Turan qəsəbəsindəki musiqi məktəbində müəllim,
2016 – 2018-cı illərdə “Modenis” MMC-nin “E-manat” ödəniş terminalları brendi üzrə bölgə nümayəndəsi vəzifəsində çalışıb.
2019-2024-cü illərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində mühəndis vəzifəsində çalışıb.
2024-cü ilin dekabrından Şəki Dövlət Dram Teatrında Səs Rejissoru olaraq əmək fəaliyyətini davam etdirir.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
2014 – 2019-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub. 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürüb, lakin seçilməyib.
18 noyabr 2022-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü seçilmişdir.
2025-ci ildə yenidən Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü seçilmişdir.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər İcra hakimiyyətinin “İnformasiya və kommunikasiya texnologiyalarının tədbiqi” nominasiyası üzrə “İlin qalibi” mükafatı (2009);
- Şəki Regional Mədəniyyət İdarəsi və MİHİ Şəki rayon komitəsinin Fəxri fərmanı – “Dünya incəsənət günü” münasibəti ilə və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə (15.04.2022).
- Şəki şəhər İcra hakimiyyətinin Fəxri fərmanı – Azərbaycan “Gənclər günü” və Şəkinin ictimai-mədəni həyatında fəal iştirakına görə (02.02.2023)
- TÜRKSOY-un Təşəkkürnaməsi – Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təşkilində iştirakına görə (05.07.2023).
- Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Heydər Əliyev Mərkəzinin Fəxri fərmanı – “Heydər Əliyev İli” münasibəti ilə və Ulu öndərin irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə (31.12.2023).
- Şəki şəhər İcra hakimiyyətinin təltifi - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə. (07.07.2024)
- Təşəkkürnamə, TURKSOY, Xalq şairi B.Vahabzadənin 100 illik yubileyi münasibətilə Şəki Dövlət Dram Teatrında səhnələşdirilmiş “Dar ağacı” əsərinin ərsəyəgəlməsində verilmiş töhfəyə görə, (03.07.2025)
- Təltifnamə, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində, “Şəhər günü” ənənəvi bayram tədbiri münasibətilə, Şəki şəhərində mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirakına görə. (06.07.2025)
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifə.
- ...
- İctimai Şura : Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın hesabatı : [arx. 19 Jun 2022 - 2 Dec 2022] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 27.01.2023.
- Şəkidə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib : [arx. 22.02.2023] // Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti. — 2023. — 2 fevral. — Müraciət tarixi: 22.02.2023.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Bildiriş[HTML redaktə]
...